Oktyabrın 16–17-də Xankəndi şəhərində Qarabağ Universitetinin ev sahibliyi ilə Azərbaycan–Özbəkistan İkinci Rektorlar Forumu keçiriləcək.
AZXEBER.COM xəbər verir ki, forumun əsas məqsədi iki ölkə arasında ali təhsil və elm sahələrində əməkdaşlığı genişləndirmək, universitetlərarası tərəfdaşlığı gücləndirmək və birgə elmi tədqiqatlar üçün yeni imkanlar yaratmaqdır.
Tədbirdə Azərbaycan və Özbəkistanın ali təhsil müəssisələrinin rəhbərləri universitet-sənaye əməkdaşlığı, elmi tədqiqatların praktiki tətbiqi və beynəlxalq akademik tərəfdaşlığın inkişafı məsələlərini müzakirə edəcəklər.
Forum çərçivəsində innovasiya təşəbbüsləri, birgə təhsil layihələri və elmi əlaqələrin möhkəmləndirilməsi istiqamətində əməkdaşlıq imkanlarının da diqqət mərkəzində olması nəzərdə tutulur.











































