Xankəndidə yanğın törədən şəxs həbs edilib

Xankəndidə yanğın törədən şəxs həbs edilib
SOSİAL
13:21 28.07.2025
128

İyulun 27-də Xankəndi şəhərində yaşayış binalarından birinin yaxınlığında yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan AZXEBER.COM-a bildirilib ki, araşdırmalarla yanğının 1973-cü il təvəllüdlü Malik İsmayılov yemək hazırlayarkən qaladığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

Hadisə nəticəsində təxminən 40 kv.m sahədə yaşıllığa zərər vuran M.İsmayılov barəsində həbs qərarı verilib.
OXŞAR XƏBƏRLƏR