Xankəndində yaralanan polis Bakıya gətirilib

Xankəndində yaralanan polis Bakıya gətirilib
SOSİAL
22:11 14.09.2025
227
Bu gün Xankəndi şəhərində yaşayan erməni əsilli sakin Avanesyan Karen Albertoviçin açdığı atəş nəticəsində yaralanan polis əməkdaşı Bakıda yerləşən xəstəxanalardan birinə aparılıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, yaralı polis əməkdaşına Bərdə Diaqnostika Mərkəzində ilkin tibbi yardım göstərilib.

Daha sonra yaralı paytaxtda yerləşən xəstəxanalardan birinə hospitalizasiya olunub.
OXŞAR XƏBƏRLƏR