"Xankəndiyə də qayıdacağıq" - Ayaz Mütəllibov

"Xankəndiyə də qayıdacağıq" - Ayaz Mütəllibov
SİYASƏT
11:58 11.10.2021
456
"Son zamanlar səhhətimlə məşğulam. Səhhətimdə müəyyən problemlər olduğu üçün sözün doğrusu, mətbuatı izləyə bilmirəm və proseslərə hər hansı münasibət bildirməkdən uzaqlaşmışam".

AZXEBER.COM xəbər verir ki, Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov bu fikirləri Musavat.com-a açıqlamasında bildirib. Ev şəraitində müalicə aldığını deyən eks-prezident səhhətində problemlərin olmasına baxmayaraq, Qarabağ ətrafındakı mövcud durumla bağlı fikir söyləyib. O qeyd edib ki, imkan düşəndə dövlət başçısının Qarabağa səfərlərini izləyir, çıxışlarını dinləyir:

"Prezidentin siyasəti tamamilə bəyənilir. Bu siyasət bütün problemlərin həllinə yönəlib. Ümidvaram ki, belə də olacaq".

Bununla belə, sabiq prezident müəyyən məsələlərə görə ehtiyatlandığını da vurğuladı:

"Bilirsiniz də, ermənilər çox məkrlidirlər. Amma hadisələri izləyirik, görək nə olacaq. İstənilən halda, gələcəyə inamla baxmaq lazımdır. Şəxsən mənim əminliyim var ki, biz bundan sonra da qələbə çalacağıq, buna şübhəm yoxdur. Xankəndiyə də, Xocalıya da qayıdacağıq və ermənilərin dedikləri sadəcə özlərinə qalacaq".

A.Mütəllibov hesab edir ki, Qarabağdakı ermənilərdən kimlərsə Azərbaycan vətəndaşlığını qəbul edəcəksə, o, burada yaşamaq hüququ əldə edəcək, əksi mümkün deyil.

Vaxtilə Qarabağda komsomol işçiləri olan S.Sərkisyan və R.Köçəryanın quldurluqla məşğul olduqlarını deyən A.Mütəllibov qeyd edib ki, onun vəzifədə olduğu dönəmlərdə bu şəxslər heç vaxt ciddi qəbul olunmayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan Beynəlxalq Hava Yolları Ər-Riyada uçuşları dayandırıb
18:08 09.10.2026
Pakistan Beynəlxalq Hava Yolları Ər-Riyada uçuşları dayandırıb
Həkim: Düzgün qidalanma görmə zəifliyinin qarşısını təkbaşına almır
17:55 09.10.2026
Həkim: Düzgün qidalanma görmə zəifliyinin qarşısını təkbaşına almır
Kubalı voleybolçu Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzində sağalaraq idmana qayıdıb
17:45 09.10.2026
Kubalı voleybolçu Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzində sağalaraq idmana qayıdıb
Bu bürclər heç vaxt uğur qazana bilmir
17:35 09.10.2026
Bu bürclər heç vaxt uğur qazana bilmir
Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək
17:13 09.10.2026
Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
17:03 09.10.2026
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Binalardakı gizli təhlükə – Ekspertdən XƏBƏRDARLIQ
16:54 09.10.2026
Binalardakı gizli təhlükə – Ekspertdən XƏBƏRDARLIQ
İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
16:34 09.10.2026
İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
Məktəblərdə vahid geyim formaları ilə bağlı - RƏSMİ AÇIQLAMA
16:22 09.10.2026
Məktəblərdə vahid geyim formaları ilə bağlı - RƏSMİ AÇIQLAMA
Aylıq ödəniş az görünür, amma... – Kreditlə alış-veriş edənlərə XƏBƏRDARLIQ
16:01 09.10.2026
Aylıq ödəniş az görünür, amma... – Kreditlə alış-veriş edənlərə XƏBƏRDARLIQ
Xəzərin dayazlaşmasının qarşısını almaq üçün nə etmək lazımdır? - Ekoloq danışdı
15:54 09.10.2026
Xəzərin dayazlaşmasının qarşısını almaq üçün nə etmək lazımdır? - Ekoloq danışdı
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
15:30 09.10.2026
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
"Xəzərin taleyi Volqadan başlayır"
15:19 09.10.2026
"Xəzərin taleyi Volqadan başlayır"
Beyləqanda “Texnologiya” dərsində şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər - FOTO
14:49 09.10.2026
Beyləqanda “Texnologiya” dərsində şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər - FOTO
Hicab üzərindən Azərbaycana qarşı "Troya atı" oyunu…
14:34 09.10.2026
Hicab üzərindən Azərbaycana qarşı "Troya atı" oyunu…
İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilir - FOTOLAR
14:27 09.10.2026
İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilir - FOTOLAR