Xankəndiyə marşrut xətti açılır - RƏSMİ

Xankəndiyə marşrut xətti açılır - RƏSMİ
SOSİAL
12:16 19.07.2024
145
Laçın, Şuşa, Xankəndi istiqamətində nəqliyyatın təminatı sistemi hazırlanır.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, Qarabağda həm şəhərlərarası, həm də şəhərlər daxili sərnişindaşıma həyata keçirilməsi üçün işlər gedir:

"Hətta biz artıq müsabiqələr elan etmişik. Bərdə - Xankəndi, Bakı - Laçın marşrutu müsabiqəyə çıxarılıb, müsabiqə qalibləri elan ediləcək və tezliklə fəaliyyətə başlayacaq".

A.Rzayev qeyd edib ki, yeniliklərin tətbiqi "Böyük Qayıdış” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlarımızın daha keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasına da öz töhfəsini verəcək:
"AYNA tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq Bakı - Şuşa, Bakı - Ağdam, Bərdə - Ağdam, Əhmədbəyli (Füzuli)-Şuşa, Tərtər şəhəri-Talış kəndi, Horadiz (Füzuli) - Ağalı (Zəngilan), Horadiz (Füzuli) -Hadrud (Xocavənd), Horadiz (Füzuli)-Laçın istiqamətlərdə avtobus marşrutları fəaliyyət göstərir.

İşğaldan azad olunmuş digər ərazilərdə təhlillər aparılır.Vətəndaşlar yolumuzqaraba.az portalında qeydiyyatdan keçərək fərdi minik avtomobilləri ilə Şuşa şəhərinə, Suqovuşan qəsəbəsinə və Laçın şəhərinə səfər edə bilirlər. Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla maksimum 9 nəfərə icazə alına bilər".
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
21:55 05.03.2025
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
21:52 05.03.2025
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
21:29 05.03.2025
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
21:26 05.03.2025
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
21:24 05.03.2025
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
21:18 05.03.2025
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
20:30 05.03.2025
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
20:13 05.03.2025
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
19:50 05.03.2025
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb
19:40 05.03.2025
Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb
Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb
19:27 05.03.2025
Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb
İkiqat SSRİ çempionu olan ukraynalı sabiq futbolçu vəfat edib
19:22 05.03.2025
İkiqat SSRİ çempionu olan ukraynalı sabiq futbolçu vəfat edib
Baş nazir: Qrenlandiya satılmır və onu əldə etmək olmaz
19:10 05.03.2025
Baş nazir: Qrenlandiya satılmır və onu əldə etmək olmaz
Millinin sabiq futbolçusu həbs edildi
18:51 05.03.2025
Millinin sabiq futbolçusu həbs edildi
NATO XİN başçılarının iclası aprelin əvvəlində Brüsseldə keçiriləcək
18:45 05.03.2025
NATO XİN başçılarının iclası aprelin əvvəlində Brüsseldə keçiriləcək
Yunanıstana qaçmaq istəyən PKK terrorçusu Ədirnədə saxlanıldı
18:34 05.03.2025
Yunanıstana qaçmaq istəyən PKK terrorçusu Ədirnədə saxlanıldı