“Xarı Bülbül”də də nöqsanlar aşkarlandı - FOTOLAR

“Xarı Bülbül”də də nöqsanlar aşkarlandı - FOTOLAR
SOSİAL
15:15 06.03.2025
245
Bakının Nizami rayonu, B.Çobanzadə küçəsi, 2505-ci məhəllədə yerləşən "Xarı Bülbül” restoranında nöqsanlar aşkarlanıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, Rəhimov Vahid Musa oğluna məxsus restoranda qurum əməkdaşları yoxlama keçirib.

Baxış zamanı mətbəxdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi müəyyən edilib, həmçinin müşayiətedici və mənşə sənədləri olmayan heyvan mənşəli məhsullar aşkarlanıb. Emal edilmiş məhsullardan və ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Faktla bağlı obyektin emal sahəsi məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib.

Xatırladaq ki, bundan öncə AQTA Nizami rayonunda yerləşən "Sərin” restoranında da mənşəyi məlum olmayan ətdən yemək hazırlanması ilə bağlı məlumat yaymışdı.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR