Xaricdə gizlənən 33 nəfər Azərbaycana gətirilib

Xaricdə gizlənən 33 nəfər Azərbaycana gətirilib
SOSİAL
17:08 24.07.2026
128
Cari ildə Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində 33 təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Baş Prokurorluğun 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair Kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, müvafiq məhkəmə qərarları əsasında xarici ölkələr tərəfindən beynəlxalq axtarışa verilmiş 13 şəxsin aidiyyəti üzrə təhvil verilməsi də təmin edilib.
OXŞAR XƏBƏRLƏR