Günel AbdullayevaDövrümüzdə xaricdə təhsil almaq daha aktualdır və gəncliyimiz üçün bu istiqamətdə hərtərəfli imkanlar da yaradılmaqdadır. Ölkədə təshilin səviyyəsi – bu başqa mövzunun predmetidir lakin 10 il öncə ilə müqayisədə hazırda cəmiyyətdə yüksək təhsilə olan həssaslıq sevindirici haldır.Mən xüsusi ilə gənclərin və valideynlərin xaricdə təshilə olan marağını vurğulamaq istərdim. Aydındır ki dövlət tərəfindən xaricdə təshilə olan dəstək, bu istiqamətdə xidmət göstərən özəl qurumların fəaliyyəti, gənclərin bu sahədə təcrübə və məlumatlılğı və s. ölkə hüdudlarından kənarda təhsil üçün geniş imkanlar açır. Bir də məslənin o biri tərəfi var ki, yerli təhsilin səviyyəsi, təhsildə savadsızlıq, rüşvətxorluq və digər hallar da təhsili xaricdə davam etdirməyin vacibliyini günü-gündən artırır. Razılaşarsınız ki, yüksək təhsil almaq bəyənilən haldır lakin bir məqam da var. Doğrusu mən bunu bir neçə valideynin və tələbənin özündən eşitməsəydim heç xaricdə təhsil almaq istəyən bir çoxlarının məqsədlərində belə bir məqamın olduğunu bilməyəcəkdim də. Amma nə təəsüff ki bu məqam var və mən bir az tərəddüdlü bir az da bu məqama istinad edərəkdən belə bir fikri səsləndirməli olacam:“Bəlkə biz gələcək üçün təhsilli gənc nəsil yetişdirə biləcəyik amma bu nəslin vətənpərvər olub-olmayacağı məni düşündürür”Ola bilər bu cümləni oxuyanlar məni qınasınlar amma inanın siz də tələbə və ya yaxınlarının özündən bir az açıq, bir az üstüörtülü formada burdakı imtahandan keçə bilmədiyini, əsgərliyinin də yaxınlaşdığını, elə buna görə hara olursa-olsun xaricdə təhsil almaq istəyini eşitsəniz, onda siz də içinizdə bir az nifrət bir az da təəsüff hissini keçirərək mənim fikirləşdiyimi fikirləşərdiniz... Əlbəttə bunu hər kəsə aid etmirəm amma inanın ki bu halla dəfələrlə rastlaşmışam. Və ona da inan ki, onlara xaricdə təhsilin hərbi xidmətdən yayınmaq məqsədli olmadığını sadəcə belə olduğu halda təbii olaraq dövlətin bu xüsusda vətəndaşa tanımış olduğu hərbi xidmətdən möhlət hüququna sahib olduqlarını aydınlaşdırmışam da lakin görünür məsələ tamam başqadır... Bu yazını yazmaqla az da olsa vətəndaşlıq borcumu yerinə yetirmək istədim. Ən azından bu yazının vasitəsi ilə sosial bir mesaj vermək istərdim ki: təhsil almaq, sonra təhsilini xaricdə davam etdirmək əlbəttə yaxşı bir haldır. Nəticədə sən təhsilli olmaqla cəmiyyətin üçün faydalı vətəndaş olursan. Amma unutmayaq ki vətəndaşlıq təkcə təhsil və mədəni səviyyə ilə ölçülmür. Vətəndaşlıq həm də doğru düşünməkdir, cəmiyyətin düşüncə təhlükəsizliyi, gələcək nəslin sağlam təfəkkürlü olması üçün ən başda özünün sağlam düşünməyin, ətrafındakılara doğruları çatdırmağın, üzərinə düşən məsuliyyət və vəzifələri yerinə yetirməyindir. Elə bunun içərisinə vətənə olan borcun da daxildir.Bir az düşünək bu haqqda... Düşünək ki, niyə xaricdə təhsil almaq istəyənlərimizin içində hərbi xidmətdən yayınmaq istəyənlər, ölkəyə sonradan qayıtmaq istəməyənlər və digərləri var?! Düşünək ki səhvi harda eləmişik? Düşünək ki, kiməsə vətəndaşlığı, insanlığı aşılayanda harda məsələyə ancaq şəxsi gözləntilərimizdən yanaşmışıq?! Bugün cəmiyyətdə hər hansı bir yanlış fikir varsa bu bütün vətəndaşların düşünən beyinlərinin məhsuludur və hər kəs günahkardır. Demək ki maarifləndirmə və təbliğat yetəri qədər düzgün aparılmayıb. Demək ki, biz elə belə də davam etsək bu təhsillin məqsədində daha başqa “məqamlar” da tapacayıq.