Yaxın Şərqdəki münaqişənin ilk təsiri artıq avtomobil daşımalarında hiss olunur.
AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, ekspert Eldəniz Cəfərov deyir ki, hazırda söhbət daha çox vaxt itkisi və yol xərclərinin artmasından gedir. Yəni avtomobil bazarında problem ilk mərhələdə maşının gec gəlməsi, sonrakı mərhələdə isə maya dəyərinin yüksəlməsi ilə özünü göstərə bilər. Ən çox risk isə ikinci əl SUV və yolsuzluq avtomobilləri seqmentində görünür. Çünki bu tip maşınların bir hissəsi məhz Dubay və Körfəz üzərindən ölkəyə gətirilir.
Başqa sözlə, hazırda alıcı üçün əsas risk avtomobilin gec təhvil verilməsidir. Proses uzanarsa, bu gecikmə sonradan qiymət artımına da çevrilə bilər.










































