Xaricdən mal gətirənləri sevindirəcək xəbər - Güzəştlər tətbiq ediləcək

SOSİAL
13:12 17.12.2024
128
Azərbaycanda gələn ildən konkret gömrük güzəştlərinin tətbiqi planlaşdırılır.

Bunu Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Azər Əmiraslanov Bakıda keçirilən Gömrük-Biznes Forumunda bildirib.

"Bu günlərdə parlamentdə 2025-ci ilin büdcə zərfi çərçivəsində gömrük siyasətinə, gömrük tariflərinə bir daha yenidən baxılıb. Belə ki, növbəti ildən gömrük sistemi fiskal missiyaya yerinə yetirməklə bərabər, həm də gömrük güzəştləri hesabına ölkəmizdə sənayeləşmə prosesini, dövlət-özəl tərəfdaşlıq çərçivəsində həyata keçirilən layihələri təşviq edəcək, bununla bağlı konkret gömrük güzəştləri tətbiq ediləcək", - o vurğulayıb.

A. Əmiraslanovun sözlərinə görə, elektron bəyan etmə, onlayn gömrük xidmətləri, rəqəmsal nəzarət və monitorinq sistemləri, yəni gömrük nəzarətinin tam rəqəmsallaşdırılması şəffaflığa və hesabatlığa şərait yaradır, elektron hökumətin inkişafına təkan verir: "Azərbaycanın gömrük məntəqələrində müasir nəzarət avadanlıqlarının quraşdırılması ölkəmizin iqtisadi gücünü və innovasiya imkanlarını nümayiş etdirməklə yanaşı, qeyri-qanuni yüklərin aşkarlanmasına, iqtisadi sərhədlərimizin daha etibarlı qorunmasına şərait yaradır".
 
///"Report"

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:27 11.02.2025

Tədris və iş bir arada – Kristal Abşeron və "Changers Academy"dən möhtəşəm fürsət!

16:24 11.02.2025

"Trampın Qəzza planı savaş elanıdır" - Fələstin rəsmiləri

16:21 11.02.2025

Azərbaycanlı jurnalist Qazaxıstanda nüfuzlu mükafata layiq görüldü – FOTOLAR

16:17 11.02.2025

“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi” yubiley medalı təsis ediləcək

16:16 11.02.2025

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planı təsdiqləndi

16:15 11.02.2025

Qəzzada ölənlərin sayı artdı

15:51 11.02.2025

Bu sosis məhsulunun tərkibində donuz əti DNT-si aşkarlandı - FOTOLAR

15:29 11.02.2025

"Rusiya USAİD-i nə üçün qadağan edibsə, Azərbaycan da "Rus evi"ni buna görə qadağan etdi"

15:21 11.02.2025

DYP-dən metohəssas sürücülərə MÜRACİƏT

15:20 11.02.2025

Rusiyalı blogerin oğlu xəstəxanaya yerləşdirildi

15:06 11.02.2025

"Rus evi": Azərbaycanda fəaliyyətimizi dayandırmaq üçün tədbirlər görürük

14:29 11.02.2025

Naftalanda Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub - FOTOLAR

14:20 11.02.2025

Hikmət Hacıyev Xankəndidən paylaşım etdi - VİDEO

14:15 11.02.2025

"İş saatlarının dəyişdirilməsi tıxacın azalmasına təkan verəcək" - Ekspert

14:09 11.02.2025

İsrail müxalifət lideri:Məhbus mübadiləsinin dayandırılmasına görə o məsuliyyət daşıyır

14:05 11.02.2025

"Bəstəkar mahnısı ifa edib acından ölmürəm ki?" - Ayazdan sərt tənqid