Xaricdən mobil telefon gətirmək çətinləşir - Ekspert şərh etdi

Xaricdən mobil telefon gətirmək çətinləşir - Ekspert şərh etdi
SOSİAL
13:54 09.12.2025
607
Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. 

Fiziki şəxsin şəxsi istifadəsi üçün təqvim ili ərzində ölkəyə gətirilən 1 ədəd mobil cihaz aksizdən azad olunacaq.

İqtisadçı ekspert Elşən Bağırzadə AZXEBER.COM-a açıqlamasında bildirib ki, yeni qaydalar mobil telefonların qiymətlərinə təsir göstərəcək:

"Aksiz vergisinin tətbiqi və fiziki şəxslərin ikinci telefondan başlayaraq 100 manat rüsum ödəməsi telefonların ölkəyə gətirilməsini satıcılar üçün daha bahalı edəcək. Bu əlavə xərclərin isə böyük ehtimalla satış qiymətlərinə daxil ediləcəyi gözlənilir”.

Ekspert bildirib ki, mobil telefonlara olan tələbin qiymət elastikliyi nisbətən aşağıdır:

"Mobil telefonlara olan tələbin qiymət elastikliyi nisbətən aşağıdır. Yəni, insanlar qiymətlər artsa belə, telefonu almağa davam edirlər. Bu səbəbdən satıcıların artan xərclərinin istehlakçı qiymətlərinə ötürməsi daha real görünür”. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR