"Xaricdəyəm, qoyun istirahət edim" - Şeyxin deputat qardaşı

SİYASƏT
17:58 05.08.2014
8826
""Xaricdəyəm, qoyun istirahət edim. Qayıdandan sonra sualınıza cavab verəcəm”. 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili Cavanşir Paşazadə son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrlə bağlı müxbirimizin sualını cavablandırarkən deyib. 
Deputat, cəbhədəki vəziyyəti şərh etməkdən yayınaraq hazırda istirahətdə olduğunu və qayıdandan sonra sualımıza cavab verəcəyini dedi: “Mən xaricdə istirahətdəyəm. Qoyun, istirahət edim. Qayıdandan sonra nə sualınız olsa, cavab verərəm. İndi dincəlirəm”.
Qeyd edək ki, bir neçə gün öncə Masallıdan hərbi xidmətə çağırılmış 19 yaşlı Əli Fətulla oğlu Rəhimovun cənazəsi doğulduğu rayonda torpağa tapşırılıb. Ancaq həmin bölgədən millət vəkili seçilən Cavanşir Paşazadə istirahətdə olduğuna görə dəfn mərasimində də iştirak etməyib. 
AZXEBER.COM 
OXŞAR XƏBƏRLƏR