"Xarici dairələrin ötürdüyü və Əli Kərimlinin səsləndirdiyi dəhşətli planın qarşısını birlikdə almalıyıq"

"Xarici dairələrin ötürdüyü və Əli Kərimlinin səsləndirdiyi dəhşətli planın qarşısını birlikdə almalıyıq"
SİYASƏT
15:22 21.08.2020
1004
Abutalıb Səmədov
Azərbaycan Naminə Alyans partiyasının sədri.

Xarici dairələrin ötürdüyü və Ə.Kərimlinin səsləndirdiyi dəhşətli planın qarşısını birlikdə almalıyıq.

Xatırlayırsınızsa, bir neçə gün əvvəl "Milli Şura”nın sədri C.Həsənli xalqımızın mütləq əksəriyyətinin-Azərbaycanda Türkiyə hərbi bazasının qurulması- arzusuna qarşı çıxaraq, bəyan etmişdi ki: "Azərbaycanın ərazisində hansısa hərbi bazanın olması məqsədəuyğun deyil”.

Özünü xalq kütlələrinin "iradəsinin ifadəçisi” elan edən bir qurumun sədrinin belə mövqe sərgiləməsi cəmiyyətdə şok effekti yaratdı. Bir tərəfdən "ana müxalifətin” vuran əli, əsas "intellektual dəstəsi” olan siyasi bloqgerlər türk əsgərinin Azərbaycanda qalması üçün Türkiyə səfirliyi qarşısında avqustun 14-də, "getmə, qal” fəryadı qoparmağa çalışır və tədbirin zəif alındığını görüb, "görüş yerini” dəyişmədən, avqustun 21-nə yeni mitinq təyin edir, digər tərəfdən onların gecə-gündüz heyranlıqla təbliğ etdikləri liderləri tədbiri pozmaq üçün son dərəcə yanlış bəyanatlar verirdilər.

Həmin vaxt C.Həsənlinin yanlış bəyanatı barədə yazmışdım ki: " İndi növbə "Milli Şura”nın həqiqi liderləri Ə.Kərimlidə və G.Hacıbəylidədir. Onlar bu barədə nəsə deyəcəklərmi? İnanmıram. Çünki, hərbi bazanın əleyhdarı olduqlarını desələr, dünənə qədər bəslədikləri "söyüş batalyonu”nun qəzəbinə tuş gələcək və onların "əzib, keçərik” bəyanatının boş hədə-qorxu olmadığını görəcəklər. Əgər tərəfdar olduqlarını söyləsələr C.Həsənlinin olmayan nüfuzu, "möhtəşəm” xarizması yerlə bir olacaq və o, məşhur filmdəki təhqir olunan bəy ədası ilə "mən bu məclisdə durmaram”-deyib, "Milli Şura”nı tərk edəcək. Onsuz da kifayət qədər seyrəkləşən Şura ağır sınaq qarşısındadır. S.Osmanqızı düşərgə dostlarını çıxılmaz vəziyyətə saldı”.

Hər şey güman etdiyimiz kimi oldu.

"Milli Şura”da ictimai rəyə hamıdan həssas olan G.Hacıbəyli bu mövzuda danışmaqdan yayındı və susmağa üstünlük verdi. Əvəzində Ə.Kərimli danışdı və gözlənilməz bəyanatlar verdi. Avqustun 18-də Osmanqızı tv-yə müsahibə verən AXCP sədri S.Osmanqızının-"Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlıq necə olmalıdır(yeri gəlmişkən aparıcı bu dəfə sualı birmənalı şəkildə-Azərbaycanda Türkiyənin hərbi bazası olmalıdırmı- qoymadı və Ə.Kərimliyə qəti cavabdan yayınmaq imkanı verdi) sualına cavab verərkən dedi: "Baxıb görürəm, xeyli adam doğrudanda belə ruhlanıb ki, Türkiyə ordusu gələcək və Qarabağı azad eləyəcək. Belə düşünmək olmaz axı? ...Nə olub bizə? 10 milyonluq ölkəyik. Bizim heysiyyatımıza toxunmur ki, biz 3 milyonluq Ermənistandan öz torpaqlarımızı azad eləyə bilməyək? Türkiyə gəlib bizim torpaqlarımızı azad eləsin? Türkiyənin bizim çiynimizdə (yəqin arxamızda demək istəyir-A.S.) dayanması 3-cü qüvvələr üçündür ki, əgər Ermənistanın himayəsində (Bu da təzə xəbərdir. Demə Rusiya Ermənistanın himayəsində imiş-A.S.) duran dostu varsa, Azərbaycanın da dostu var”.

Beləcə, Ə.Kərimli həm xalqımızı "heysiyyatlı olmağa” çağırdı, həm də C.Həsənlinin "Azərbaycanın ərazisində hansısa hərbi bazanın olması məqsədəuyğun deyil”-mövqeyinə dolayı dəstək verdi.

Belə vəziyyətdə təbii sual yaranır: AXC-Musavat iqtidarının aparıcı şəxslərindən biri olan Ə.Kərimli nədən 12 iyun 1992-ci il tarixdən başlayaraq hücum əməliyyatlarını aparmaq üçün Gəncədəki desant diviziyasına "kisə-kisə pullar daşınanda” və rusların hesabına Xankəndinin və Laçının yaxınlığına gəlib çıxanda "milli heysiyyat” məsələsini silahdaşlarına xatırlatmamışdı və o zaman " torpaqlarımızı özümüz azad etməliyik”-deyib, haray salmamışdı?

Digər tərəfdən, biz heç vaxt ermənilərlə təkbətək vuruşmaq imkanına malik olmamışıq və torpaqlarımızı da ermənilər işğal etməyib ki, müxalifətin "nəhəng liderləri” bizim "10, ermənilərin 3 milyon olduğunu” başımıza qaxınc eləyib, bizi utandırmağa çalışsınlar.

Anlaya bilməmişsinizsə bir daha izah edirik. Xalqımızın "Azərbaycanda Türkiyə hərbi bazası olmalıdır”- tələbi hərbi qarşıdurmada bərabər şərtlər yaratmaq istəyinə xidmət edir. Sizlərdən fərqli olaraq sadə insanlar anlayırlar ki, əgər Ermənistanda 10 minə yaxın rus hərbçisi və yüksək səviyyədə silahlanmış hərbi bazası varsa, 10-15 günlük birgə hərbi təlimlər keçirməklə onun qarşısında dayanmaq, "sən də qarışma, mən də qarışmayım”-nəticəsinə nail olmaq mümkünsüzdür. Üstəlik hərbi bazanın olmaması münasibətlərimizin səviyyəsini Türkiyədə hakimiyyətdə olan şəxslərdən maksimum asılı vəziyyətə salır. Bu gün Ərdoğan komandasının tutduğu qətiyyətli mövqeyi gələcək iqtidarlar tutacaqlarmı?

Unutmusunuzsa, Kəlbəcərin işğalından sonra düşdüyünüz vəziyyəti sizə xatırlatmaq məcburiyyətindəyəm.

Həmin vaxt Prezident Ə. Elçibəyin tapşırığı ilə cəfakeş Baş naziriniz Pənah Hüseynov vəziyyəti düzəltmək məqsədilə aprelin əvvəllərində Moskvada, Tehranda və Ankarada görüşlər keçirmişdi. Səfər zamanı müəyyən addımlar atılsa da (Türkiyə hərbi hissələrinin Ermənistan sərhəddinə yaxınlaşması) əsas məqsədə nail olmaq, Prezident Ə. Elçibəyin hərbi yardım barədə xahişlərinə müsbət cavab almaq, erməniləri işğal etdikləri ərazidən çıxarmaq mümkün olmamışdı. Bu barədə sabiq Baş nazir yazırdı: "Mən Tehranda və Ankarada olaraq Türkiyə və İranın hərbi və siyasi rəhbərliyinin ən yüksək səviyyələrdə nümayəndələri ilə danışıqlar apardım. O cümlədən hər iki ölkənin Prezidentləri ilə təkbətək söhbətlərim oldu.

Prezidentin yardım müraciətlərini, vəziyyətimiz haqqında, həmçinin Rusiyanın mövqeyi haqqında məlumat verdim. Hər iki ölkə rəhbərliyi konkret təcili yardım barədə göstərişlər verməklə yanaşı, anlatdılar ki, bu yardımın keçilməsi mümkün olmayan hüdudu var. Mənim "biz Ermənistanla döyüşə bilərik, ancaq Ermənistan və Rusiya ilə yox” sözlərimə isə müvafiq formada cavab verildi ki, Rusiya ilə razılığa gəlmək lazımdır”.

Xatırladınızmı? Siz əminsinizmi ki, yaxın vaxtlarda Türkiyədə hakimiyyətə Elçibəyə bir vertolyot belə vermək istəməyən növbəti S.Dəmirəl gəlməyəcək və Azərbaycan sizin hakimiyyətiniz dövründə düşdüyü vəziyyətlə bir daha üzləşməyəcək? Şübhə etmirəm ki, bu məsələləri siz yaxşı anlayırsınız. Bəs, nədən xalqın istəyinin əleyhinə bəyanatlar verirsiniz?

Çünki, xaricdən, Türkiyənin nüfuzunun və təsirinin artmasını istəməyən dairələr tərəfindən verilən tapşırıq belədir və siz onların sifarişlərini icra etmək məcburiyyətindəsiniz. Əgər belə olmasaydı o qurama müsahibənizdə münaqişənin illərlə uzanmasına və yeni torpaq itkilərinə gətirib çıxaracaq bu dəhşətli fikirləri səsləndirməzdiniz: "Mən bunu açıq ifadə eləyim ki, böyük savaşların əslində vaxtı keçib. İndi hər iki tərəf çox böyük silah arsenalı alıb.İndi böyük bir müharibə çox böyük itkilər deməkdir. İndi Azərbaycanın o qədər problemi var ki, indi biz əslində bilirsiz kursu nəyə götürməliyik. Biz Azərbaycanı xilas eləyib, demokratikləşdirib, Cənubi Qafqaz, bütövlükdə hamımız Avropa birliyinə inteqrasiya xətti götürməliyik. Rusiyanın münaqişəni davam və idarə etmək imkanları tükənməlidir. Ondan sonra Avropa birliyinin həmin o zontikinin altında, moderatorluğu altında ərazi bütövlüyü şərtilə bu problemlər öz həllini tapacaq”.

Ə.Kərimli xaricdən ötürüldüyü şübhə doğurmayan bu fikirləri söyləyərkən görəsən Rusiyanın münaqişəni davam və idarə etmək imkanlarının nə vaxt tükənəcəyini, onun "forpostu” olan Ermənistanın bu asılılıqdan neçə ilə qurtara biləcəyini düşündümü?

Avropaya inteqrasiya xətti tutan Ukrayna və Gürcüstanın bu zaman nə qədər torpaq itkisinə məruz qaldığını və avropa liderlərinin tutduğu qorxaq mövqeyi xatırladımı?

Təbii ki, düşünmədi və xatırlamadı. Çünki, onun işi düşünmək və xatırlamaq deyil. Onu işi tapşırılanları səsləndirmək və icra etməkdir. İcrası yaxşı halda ən azı 30-40 il çəkəcək son tapşırıqlar isə belədir:

Türkiyənin Azərbaycanda hərbi bazası olmamalıdır, çünki, bu Azərbaycanı gücləndirər, Türkiyənin nüfuzunu daha da artıra bilər.

Münaqişə hərbi əməliyyatlar aparılmadan, statuc-kvonu dəyişdirmədən yalnız danışıqlar yolu ilə, Avropa birliyinin zontiki altında aradan qaldırıla bilər.
Bu məqsədə nail olmaq üçün Azərbaycan "xilas edilməli”(hakimiyyət dəyişməli),demokratikləşməli və demokrat Paşinyanın Ermənistanı ilə birlikdə Avropaya inteqrasiya olunmalıdır.

İnanıram ki, xalqımız, ilk növbədə cəbhəçilər və musavatçılar münaqişənin illərlə uzanmasına və yeni ərazilərimizin işğalına gətirib çıxaracaq bu dəhşətli plana qarşı qətiyyətli mövqe tutacaq, Azərbaycana düşmən olan dairələrin məkrli planlarını pozmaq üçün əllərindən gələni edəcəklər.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb
23:07 12.10.2026
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb
Bəxtsizlik seriyası sona çatacaq: yaxın günlərdə şanslı olacaq BÜRCLƏR
22:59 12.10.2026
Bəxtsizlik seriyası sona çatacaq: yaxın günlərdə şanslı olacaq BÜRCLƏR
Qazaxıstan Səudiyyə Ərəbistanındakı vətəndaşlarına xəbərdarlıq edib
22:50 12.10.2026
Qazaxıstan Səudiyyə Ərəbistanındakı vətəndaşlarına xəbərdarlıq edib
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya keçirilib
22:43 12.10.2026
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya keçirilib
Toydan sonra mübahisə qanla bitdi - 30 yaşlı kişi bıçaqlandı
22:33 12.10.2026
Toydan sonra mübahisə qanla bitdi - 30 yaşlı kişi bıçaqlandı
İsrailin şimalında baş verən partlayışda yaralananlardan biri ölüb
22:25 12.10.2026
İsrailin şimalında baş verən partlayışda yaralananlardan biri ölüb
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib
22:20 12.10.2026
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib
Ərdoğan: Məkkə sazişi yaxın günlərdə Türkiyə parlamentinə təqdim ediləcək
22:09 12.10.2026
Ərdoğan: Məkkə sazişi yaxın günlərdə Türkiyə parlamentinə təqdim ediləcək
Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur
21:56 12.10.2026
Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur
Gürcüstan Çin - Qırğızıstan - Özbəkistan marşrutunda iştirakda maraqlıdır
21:46 12.10.2026
Gürcüstan Çin - Qırğızıstan - Özbəkistan marşrutunda iştirakda maraqlıdır
Almaniya kansleri Avropanın Rusiyadan dizel yanacağı almayacağına söz verdi
21:36 12.10.2026
Almaniya kansleri Avropanın Rusiyadan dizel yanacağı almayacağına söz verdi
Latviya Rusiyanın NATO-ya meydan oxumaq iqtidarında olmadığına əmindir
21:29 12.10.2026
Latviya Rusiyanın NATO-ya meydan oxumaq iqtidarında olmadığına əmindir
Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib
21:20 12.10.2026
Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib
Bu ərazilərdə qaz olmayacaq
21:16 12.10.2026
Bu ərazilərdə qaz olmayacaq
"Slaviya"nın baş məşqçisi: "Sabah" "Barselona"ya bənzəyən bir komandadır
21:13 12.10.2026
"Slaviya"nın baş məşqçisi: "Sabah" "Barselona"ya bənzəyən bir komandadır
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb
21:09 12.10.2026
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb