Liberiyalı diplomat İstanbul Hava Limanında intihar edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.
Aberkah Samuel Kkwame adlı diplomat noyabrın 21-də həyat yoldaşı və övladları ilə birgə ölkəsinə geri dönmək üçün İstanbul Hava Limanına gəlib.
Samuel Kkwame taksidən düşərək bir neçə metr irəl gedib, daha sonra diplomat ailəsinin gözləri qarşısında 20 metr hündürlükdən özünü aşağı atıb.
Şəxsə hadisə yerində ilkin tibbi yardım göstərilib, amma onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırmalar aparılır.