Xarici işlər nazirlərinin görüşündən gözləntilər nədir?

Xarici işlər nazirlərinin görüşündən gözləntilər nədir?
SİYASƏT
14:02 02.09.2015
1428

Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri 3-cü dəfə Türkiyənin Antalya şəhərində bir araya gələrək ticarət, təhsil, enerji sahələrində otraq əməkdaşlığa dair bir çox məsələləri müzakirə etdilər. 

Azərbaycan tərəfinin təşkilatçılığı ilə ilk dəfə ötən ilin mayında Bakıda, daha sonra bu ilin yanvarında Türkmənistan paytaxtında toplaşan xarici işlər nazirləri Antalya görüşündə, 2015-ci ilin oktyabrında Prezidentlər səviyyəsində Aşqabadda sammitin keçirilməsinin nəzərdə tutulduğunu bəyan etdilər. 

Aparılan danışıqlar və qarşılıqlı anlaşmalar onu deməyə əsas verir ki, Prezidentlərin zirvə toplantısından sonra tərəflər arasında nəqliyyat, enerji və iqtisadi sahədə əməkdaşlıq keyfiyyətçə yeni mərhələyə qədəm qoyacaq. Qərblə-Şərq arasında körpü rolunu oynayan Azərbaycan ilə Türkiyənin bir millət iki dövlət devizi ilə əməkdaşlığına Türkmənistan da yeni impuls verə bilər. Siyasi münasibətlərin dərinləşməsi həmçinin, beynəlxalq qrumlarda vahid mövqe sərgiləməyə imkan verəcək. Belə olan halda Türkmənistan Azərbaycan və Türkiyənin simasında Avropa təşkilatlarında, Azərbaycanla Türkiyə isə Türkmənistanın simasında Asiya təşkilatlarında təmsil oluna bilər. Türkdilli dövlətlərin birliyi həm də iqtisadi baxımdan əhəmiyyətlidir. Uzun illər Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində uğurlu əməkdaşlıq nəticəsində Asiyanı Avropa ilə birləşdirəcək neft-qaz boru kəmərləri eyni zamanda həm quru, həm də tikilməkdə olan dəmir yolu xətti Türkmənistana birbaşa Avropa bazarlarına çıxmaq şansı yaradacaq. 

Bu da rəsmi Aşqabada öz enerji potensialından istifadə etməklə Azərbaycan və Türkiyənin dəstəyilə Avropa ilə iqtisadi əlaqələrini daha da genişləndirməyə imkan verəcək.Bununda nəticəsində Aşqabad öz iqtisadiyyatını şaxələndirə və beləcə Rusiya İran və Çindən asılılığını maksimum dərəcədə azalda bilər. Belə ki, Türkmənistan Cənub Qaz Dəhlizinə qoşulmaqla layihənin siyasi əhəmiyyətidə arta bilər. Nəzərə alaq ki. bu gün üçün “Cənub Qaz Dəhlizi” layihəsi bölgənin ən böyük infrastruktur layihəsidir. Bu layihəyə qoyulacaq vəsaitin həcmi ən azı 45 milyard dollardır. Məlum olduğu kimi, dünya iqtisadiyyatının qloballaşması dövründə nəqliyyat sahəsinin rolu da artmaqdadır. 

Müxtəlif mənbələrə görə il ərzində Çindən Avropaya daşınan məhsulların ümumi həcmi 180 milyon tondan artıqdır və 2020-ci ildə bu rəqəmin 240 milyona çatacağı proqnozlaşdırılır. Asiyadan Avropaya daşınan yüklərin həcminin artım templərini nəzərə alaraq, həmin yüklərin qısa vaxtda çatdırılması məsələsi gündəmə çıxır. Bu baxımdan Şərq-Qərb nəqliyyat dəhlizi coğrafi, iqtisadi səmərəliliyi baxımından digər dəhlizlərlə müqayisədə cəlbedicidir. Üçtərəfli münasibətlərin inkişaf etməsi Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyətini də artırır. Bu birliyin nəticəsində Avropa, İstanbul Boğazından keçən Marmaray layihəsi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Xəzər dənizində Azərbaycanın Ələt və Türkmənistanın Türkmənbaşı limanları vasitəsi ilə birbaşa olaraq Asiyaya çıxa bilər. Bir sözlə Enerji sahəsində nail olunacaq birgə əməkdaşlıq qlobal və regional sülh və sabitliyə töhfə verəcək.

Aqil Familoğlu,Politoloq

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik