Xarici jurnalistlər, ictimai-siyasi xadimlər Azərbaycana dəstək olublar

Xarici jurnalistlər, ictimai-siyasi xadimlər Azərbaycana dəstək olublar
SİYASƏT
10:06 01.10.2020
695
Bu gün Azərbaycanın haqq işində təkcə xarici ölkələrdə yaşayan, qəlbi Vətənlə döyünən soydaşlarımız həmrəylik nümayiş etdirmir, ölkəmizə dost münasibəti bəsləyən xarici ekspertlər, tanınmış jurnalistlər, ictimai-siyasi xadimlər də öz dəstəklərini müxtəlif platformalardan ifadə edirlər.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, onlar dünya ictimaiyyətini ölkəmizin ədalətli mövqeyini müdafiə etməyə çağırırlar. Bu münasibətlərin bəzilərini təqdim edirik.

Amerikalı jurnalist və analitik İrina Tsukerman:

"Ermənistanın Azərbaycanın mülki əhalisinə və yaşayış sahələrinə hücumu ölümlə nəticələndi. Bu, hərbi cinayət və insan haqlarının istismarıdır. Azərbaycan torpağı Ermənistan tərəfindən BMT-nin çoxsaylı qətnamələri pozularaq qanunsuz olaraq işğal edilib”.

Fransalı tarixçi Maksim Qauin sosial şəbəkə hesabındakı paylaşımlarında Ermənistanın əsl simasını ifşa edərək Azərbaycana dəstəyini nümayiş etdirib:

"1994-cü il danışıqları heç bir nəticə vermədi. Azərbaycan İrəvan rejiminin oğurladığını geri qaytarır.”

BMT layihələrində Dayanıqlı İnkişaf Məqsədləri üzrə pakistanlı ekspert, Pakistan-Azərbaycan Məzunlar Birliyinin təsisçisi Qaiser Navab:

"Şübhəsiz Qarabağ Azərbaycandır….Pakistanlı gənclər davam edən Qarabağ münaqişəsində Azərbaycanı birmənalı şəkildə, hərtərəfli dəstəkləyirlər.”

Banqladeşli jurnalist Marzia Mumu Xocalı soyqırımı, Ermənistanın 2020-ci ilin iyul ayında hərbi təxribatı zamanı evləri dağılmış dinc sakinlərin və şəhid olmuş hərbçilərimizin dəfn mərasimindən ailə üzvlərinin şəklini paylaşıb:

"Soyqırım, işğal və təcavüz.”

İsrailli yazıçı və jurnalist Petr Lyukimson isə sosial şəbəkə hesabından paylaşım edərək Ermənistanla Azərbaycan arasındakı münaqişənin həm qədim, həm müasir tarixindən xərəbərdar olmayan heç bir zaman bu regionda olmamış insanların birmənalı şəkildə Ermənistanın tərəfində dayanmalarını pisləyib.

O bildirib ki, "Hərbi əməliyyatların Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş, yerli əhalisi qovulmuş əzəli torpaqlarında aparılması faktı onları narahat etmir”.

Həmçinin Dövlət Komitəsindən bildirilib ki, Yapon müğənni Kyoko Yamamoto facebook sosial şəbəkəsində Azərbaycana  münasibətini, sevgisini yazaraq ölkəmizə dəstək nümayiş etdirib.

"İlk dəfə Azərbaycana 2014-cü ildə getmişəm və Nar bayramında iştirak etmişəm. Mən nar şirəsinin eksportuna başlamaq, narı bir simvol kimi tanıtdırmaq istəyirdim. 2018-ci ildə yenidən Azərbaycana getdim və Heydər Əliyevin anım mərasimində iştirak etdim. Azərbaycan ərazicə böyük olmasa da, böyük ürəyə sahibdir. Azərbaycanın musiqisinə, mədəniyyətinə aşiqəm. Arzu edirəm ki, Azərbaycana sülh qayıtsın...Yaşa, Yaşa, Azərbaycan!”, - deyə o bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Məktəbli forması diqqətin təhsilə və biliyə yönəlməsinə kömək edir”
15:33 12.10.2026
“Məktəbli forması diqqətin təhsilə və biliyə yönəlməsinə kömək edir”
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib
15:31 12.10.2026
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib
“Milli geyimlərimiz, kəlağayımız var” - Təranə Muradova
15:30 12.10.2026
“Milli geyimlərimiz, kəlağayımız var” - Təranə Muradova
Paşinyan: Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendum keçirməsi bu il real deyil
15:27 12.10.2026
Paşinyan: Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendum keçirməsi bu il real deyil
Xoşqədəm Hidayətqızı: “Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir”
15:13 12.10.2026
Xoşqədəm Hidayətqızı: “Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir”
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
15:07 12.10.2026
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Son dəqiqə! Məktəb direktorunun maşını yandırıldı - FOTO
15:06 12.10.2026
Son dəqiqə! Məktəb direktorunun maşını yandırıldı - FOTO
Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib
14:53 12.10.2026
Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib
Kambocanın Baş naziri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
14:23 12.10.2026
Kambocanın Baş naziri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi
14:13 12.10.2026
Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi
Kambocanın Baş naziri Zəfər parkını ziyarət etdi
14:06 12.10.2026
Kambocanın Baş naziri Zəfər parkını ziyarət etdi
İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
13:56 12.10.2026
İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
“Volkswagen”in satışları kəskin azaldı
13:40 12.10.2026
“Volkswagen”in satışları kəskin azaldı
Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT
13:36 12.10.2026
Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
13:28 12.10.2026
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
“6-7 yaşlı uşaqlara bunu rəva görmürəm” – Firəngiz Əlizadə
13:16 12.10.2026
“6-7 yaşlı uşaqlara bunu rəva görmürəm” – Firəngiz Əlizadə