Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq

İDMAN
23:10 04.05.2024
311
Mövsümün ikinci yarısında xarici klubların diqqət mərkəzinə düşən futbolçu "Qarabağ”da qalacaq.

Futbolpress.az xəbər verir ki, Premyer Liqa klubu 27 yaşlı oyunçunun sözləşməsini uzadıb.

Tərəflər arasında razılıq əldə olunub və yaxın zamanda rəsmi açıqlama olacaq.

Qeyd edək ki, Bəhlul 2021-ci ilin yayından "Qarabağ”da forma geyinir. O, bu mövsüm 38 oyunda 2 qol vurub. Bəhlulun sözləşməsi yayda başa çatır

OXŞAR XƏBƏRLƏR