Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) xarici kvalifikasiyaların tanınması ilə bağlı ən çox müraciət edilən 5 ölkənin adı məlum olub.
AZXEBER.COM xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov brifinq zamanı deyib.
O bildirib ki, müraciətlərin böyük hissəsi Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və Birləşmiş Krallıqda əldə edilmiş kvalifikasiyalarla bağlıdır.
Qeyd edilib ki, sözügedən ölkələr Azərbaycan vətəndaşlarının təhsil almaq üçün daha çox üstünlük verdiyi istiqamətlər sırasında yer alır. TKTA tərəfindən bu ölkələrdə əldə olunan ali və orta ixtisas təhsili kvalifikasiyalarının tanınması ilə bağlı müraciətlərə qanunvericiliyə uyğun şəkildə baxılır.








































