Böyük Britaniyanın aparıcı qəzetlərindən olan "Guardian” Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın son diplomatik addımlarını dəyərləndirib.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, qəzetin diplomatiya üzrə redaktoru Patrik Vinturun yazdığı məqalədə Türkiyə prezidentinin üstünlüklərdən məharətlə istifadə etdiyini, son addımını atmazdan əvvəl həmsöhbətinin ən zəif məqamını gözlədiyini vurğulayıb.
Təhlildə Ərdoğanın xarici əlaqələrdə üç cəbhədə mübarizə apardığı yazılıb.
Bunların arasında İsveçdə "terrorla əlaqəsi olduğu iddia edilən” kürdlərə qarşı təzyiqin artırılması, ABŞ Konqresinin F-16 satışını təsdiqləməsi və Avropa İttifaqı (AB) ilə viza liberallaşdırılmasının təmin edilməsi olduğu bildirilib.
Şəbnəm