"Bakıda olmaqdan çox məmnunam. Bakı çox gözəl şəhərdir. Şəhərsalma təkcə binaların inşa olunması demək deyil, burada insanların təhlükəsizliyi və rahatlığı da nəzərə alınmalıdır. Şəhərsalma bizə əməkdaşlığı, inkişafı və yeniliyi xatırladır”.
Bunu AZXEBER.COM-a açıqlamasında Afrika Uşaqlara Yardım Fondunun direktoru Onyekachi Joseph Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində keçirilən "Dayanıqlı Şəhərsalma: Azərbaycan və Avropa Təcrübəsi” mövzusunda təşkil olunan konfrans zamanı deyib.
O bildirib ki, Azərbaycan Şərqlə Qərbin qovşağında yerləşən ölkə kimi urbanizasiya prosesində mühüm rol oynayır:
"Azərbaycanda ətraf mühitin təmizliyi diqqət çəkir. Dayanıqlı şəhərlərin qurulması təkcə dövlətin üzərinə düşən vəzifə deyil. Bu istiqamətdə bütün qurumlar bir araya gəlməli, daha təhlükəsiz və müasir şəhərlərin formalaşdırılmasında iştirak etməlidirlər. Şəhərsalma prosesində gələcək nəsillər mütləq nəzərə alınmalıdır”.
Şahanə











































