Xarici telekanalların yayımı dayandırıldı

MARAQLI
09:47 08.10.2011
1473

Qırğızıstanda oktyabrın 30-da keçirilməsi planlaşdırılan prezident seçkisi ilə əlaqədar BBC, CNN və Euronews da daxil olmaqla xarici telekanalların yayımı dayandırılıb. Qırğızıstanın ictimai nəzarət qərargahının üzvü Tatu Mambetaliyevin verdiyi məlumata görə bu qərar onunla bağlıdır ki, retranslyator şirkətlər yayımına qadağa qoyulacaq məlumatları bilmirlər. Qırğızıstanda mövcud qanuna əsasən seçki ərəfəsində xarici televiziya və radio proqramlarının retranslyasiyası yazılaraq həyata keçirilir. Bununla yanaşı, namizədlərin şərəf və ləyaqəti, iş nüfuzunu ləkələyən informasiya yayan proqramların retranslyasiyası qadağandır. Rusiyanın bəzi televiziya və radio proqramları da bir saat yubadılaraq yazılmaqla yayımlanır. Venesiya komissiyası və ATƏT üzvləri bu cür yayım məhdudiyyətlərini qeyri-qanuni hesab edir.

OXŞAR XƏBƏRLƏR