Xaricilərlə evlənmək çətinləşdi

MARAQLI
13:18 27.01.2011
2064

Tacik Parlamentinin qərarı ilə tacik vətəndaşları ilə evlənmək istəyənlər ən az bir il Tacikistanda yaşamalıdır. Həmçinin, xarici vətəndaşın həyat yoldaşınaıev ilə təmin etməsi əsas şərtdir.

Qərarın qəbul olunmasına səbəb, son illərdə Tacikistanda xarici vətəndaşlar ilə evlənən yerli vətəndaşların boşanma hallarının artmasıdır.

Məlumata görə, son 5 ildə 2 min tacik xarici vətəndaşla evlənib. Bu evliliklərin təxminən dörddə biri boşanma ilə nəticələnib.

Tacik vətəndaşları ən çox Əfqanıstan, İran, Türkiyə, Hindistan, Almaniya və Pakistan vətəndaşları ilə evlənirlər.

OXŞAR XƏBƏRLƏR