Ukraynalılar Xarkovda sığınacaq kimi istifadə edilən metro stansiyasında konsert veriblər.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Rusiyanın Ukraynada işğalı davam edərkən, hücuma məruz qalan şəhərlərdə yaşayan insanlar müqavimətlərini davam etdirirlər.
Ukraynada sənətçilər ölkənin şərqindəki Xarkov şəhərində sığınacaq olaraq istifadə edilən metro stansiyasında konsert verib.
Konsertdə Xarkov qubernatoru Oleq Sinegubov da iştirak edib.
Konsertin keçirildiyi metro stansiyasında ictimaiyyətə müraciət edən və sosial şəbəkə hesablarından açıqlama verən Sinegubov ö millətinin güclü olduğunu bildirib:
"Xarkovlular əqli və fiziki cəhətdən güclüdür. Bir aydır ki, işğalçıların atdığı bombalar altında yaşayırıq, amma buna baxmayaraq, inamımızı itirməmişik. Bugünkü "KharkivMusicFest” buna sübutdur.
Təşkilatçılara təşəkkür edirəm ki, xarkovluları bir neçə saatlıq da olsa, doğmaları ilə birlikdə sənətlə normal həyat səviyyəsinə qaytardılar. Xarkovda musiqi susmayacaq. Sizin hamınızın birliyi, vətənpərvərliyi bizi qələbəyə yaxınlaşdırır. Hamınıza, bütün əsgərlərimizə və Ukraynaya təşəkkür edirəm”.
Ayşən