Ukraynanın Xarkov şəhəri Rusiya qoşunları tərəfindən raket hücumuna məruz qalıb.
Bu barədə şəhərin meri İqor Terexov "Telegram” səhifəsində məlumat verib.
Şəhərdə silsilə partlayış səsləri eşidilir. Şəhər sakinləri sığınacaqlarda qalmağa çağırılır.
İnzibati-istehsalat binası raket atəşinə tutulub, dağıntılar var.
Beş nəfərin xəsarət aldığı bildirilir.