Xarkova dron hücumu: azərbaycanlı heykəltaraşın emalatxanası dağıldı

Xarkova dron hücumu: azərbaycanlı heykəltaraşın emalatxanası dağıldı
SOSİAL
23:02 20.08.2026
146
Bir neçə gün öncə Ukraynanın Xarkov şəhərinə endirilən dron zərbələri zamanı Ukraynanın Xalq rəssamı, Xarkov şəhərinin "Fəxri vətəndaşı”, soydaşımız Katib Məmmədovun emalatxanasına ciddi ziyan dəyib.

AZXEBER.COM xəbər verir ki, bu barədə AZƏRTAC-a Katib Məmmədovun özü məlumat verib.

Heykəltaraşın sözlərinə görə, dron zərbəsindən sonra təxminən 200 kvadratmetr ərazini əhatə edən yanğın baş verib. Hücum nəticəsində binanın damı, çardağı və orada saxlanılan əsərlər zədələnib. Emalatxanada sənətkarın 40 illik yaradıcılıq fəaliyyəti ərzində klassik, avanqard və minimalizm üslublarında yaratdığı yüzlərlə əsər yer alırdı.

Katib Məmmədov baş verən hadisə nəticəsində emalatxanaya təxminən 100 min dollar həcmində maddi ziyan dəydiyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR