Xarkovda Rusiyaya dəstək aksiyası keçirilib

DÜNYA
09:45 06.03.2014
902
Xarkov şəhərinin mərkəzində Azadlıq meydanında Rusiya tərəfdarları mitinq keçirir.Mitinqdə min nəfərə yaxın insan iştirak edir. 
AZXEBER.COM-un məlumatına görə, aksiyalar hazırda Azadlıq meydanının iki hissəsində keçirilir. Bəzi sakinlər Regional Dövlət İdarəçilik binasının qarşısında, bəziləri isə Leninin heykəlinin önündə toplaşıb. Aksiya iştirakçıları “Rusiya”, “Referendum”, “Berkut”, “Berkut – qəhrəman”, “Avakova ar olsun” şüarları səsləndirirlər. “Biz Avropa Birliyinə qarşıyıq”, “Satılmış mətbuata inanmırıq”. Nümayişçilər üzərinə bu sözlər yazılmış plakatlar qaldırıblar.Meydan istiqamətində nəqliyyatın hərəkəti dayandırılıb. Əraziyə yaxın küçələrdə isə içərisi polislə dolu onlarla avtobus dayanıb.
OXŞAR XƏBƏRLƏR