Xarkovda təhlükəli bölgələrdən 30 azərbaycanlı çıxarıldı - RƏSMİ

Xarkovda təhlükəli bölgələrdən 30 azərbaycanlı çıxarıldı - RƏSMİ
SİYASƏT
12:59 28.02.2022
561
"Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərində fəxri konsulluğu ştat rejimində fəaliyyətini davam etdirir. Konsulluq əməkdaşları Xarkov vilayət ərazisində olan həmvətənlərimizin yerlərinin müəyyənləşdirilməsi və qeydiyyatı prosesini davam etdirir”.

Bu barədə Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov məlumat verib.

O bildirilib ki, ötən 24 saat ərzində müraciət etmiş 300-dən çox soydaşımız qeydiyyata alınıb və onlar təhlükəsizlik məsələləri ilə bağlı təlimatlandırılıb:

"Eyni zamanda, ən təhlükəli bölgələrdən 30 nəfər həmvətənimiz Xarkov şəhərindən Ukrayna-Polşa sərhədinə təxliyə edilib. Fəxri konsulluq Xarkov vilayət administrasiyasının operativ qərargahı ilə kommunikasiya kanalı formalaşdırılıb və vəziyyətdən asılı olaraq həmvətənlərin evakuasiyası prosesi davam etdiriləcək. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Diasporla iş üzrə dövlət komitəsinin rəhbərliyi prosesi daim nəzarətdə saxlayır”.

"Xarkov vilayətində vəziyyətinin ərazisində vəziyyət gərgin olaraq qalmaqdadır. Buna görə bir daha həmvətənlərin olduqları yerləri tərk etməməyə, hərbi obyektlərin yerləşdikləri ərazilərə yaxınlaşmamağa çağırırıq. 

Konsulluq əməkdaşları sosial media hesablarını izləyir və sosial media kanallarında Xarkov vilayətində olan həmvətənlərimizin müraciətləri dərhal tərəfimizdən araşdırılır və onlarla mütəmadi kommunikasiya əlaqəsi təmin edilir.

Ötən gün, Xarkov şəhərinin mərkəzində Azərbaycan vətəndaşı, 1987-ci il təvəllüdlü Qoşqar Məmmədov gülləyə tuş gələrək, qətlə yetirilib. Həlak olan Qoşqar Məmmədov əslən azərbaycanlı, Ukraynanın Xalq rəssamı Katib Məmmədovun qardaşı oğludur. 

Bir daha qeyd etmək istərdim ki, xüsusi hallar ilə bağlı vətəndaşlarımız Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər. Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat tərəfimizdən bildiriləcək”, - deyə o qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ficidə Azərbaycanın SIDS ilə həmrəyliyi qabardılıb
23:10 08.10.2026
Ficidə Azərbaycanın SIDS ilə həmrəyliyi qabardılıb
Ukrayna XİN Koreya səfirinin Kiyevdən geri çağırılmasına münasibət bildirdi
22:59 08.10.2026
Ukrayna XİN Koreya səfirinin Kiyevdən geri çağırılmasına münasibət bildirdi
Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
22:50 08.10.2026
Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Türkiyəli generala Azərbaycanın hərbi əməkdaşlıq medalı təqdim olunub
22:43 08.10.2026
Türkiyəli generala Azərbaycanın hərbi əməkdaşlıq medalı təqdim olunub
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası və qardaşıdır
22:34 08.10.2026
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası və qardaşıdır
Moskva hava limanlarında 250-yə yaxın uçuş təxirə salınıb
22:30 08.10.2026
Moskva hava limanlarında 250-yə yaxın uçuş təxirə salınıb
Zəngəzur dəhlizi TDT-nin 13-cü Zirvə görüşündə müzakirə olunacaq
22:25 08.10.2026
Zəngəzur dəhlizi TDT-nin 13-cü Zirvə görüşündə müzakirə olunacaq
Hakan Fidan Ankarada Suriyanın xarici işlər naziri ilə görüşüb
22:19 08.10.2026
Hakan Fidan Ankarada Suriyanın xarici işlər naziri ilə görüşüb
Paşinyan Türkmənistan və Özbəkistan prezidentləri ilə regional əməkdaşlığı müzakirə edib
22:15 08.10.2026
Paşinyan Türkmənistan və Özbəkistan prezidentləri ilə regional əməkdaşlığı müzakirə edib
Nazir: Rusiya Kiyev üçün kritik əhəmiyyətli enerji obyektinə zərbə vurub, paytaxt işıqsız qalıb
22:09 08.10.2026
Nazir: Rusiya Kiyev üçün kritik əhəmiyyətli enerji obyektinə zərbə vurub, paytaxt işıqsız qalıb
Sahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edib
22:01 08.10.2026
Sahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edib
Ermənistan və İran XİN rəhbərləri ikitərəfli razılaşmaların icrasını müzakirə ediblər
21:56 08.10.2026
Ermənistan və İran XİN rəhbərləri ikitərəfli razılaşmaların icrasını müzakirə ediblər
Hakan Fidandan Məkkə müqaviləsi ilə bağlı mühüm açıqlama
21:51 08.10.2026
Hakan Fidandan Məkkə müqaviləsi ilə bağlı mühüm açıqlama
Bakıda maşın vuran şəxslər nənə və nəvə imiş
21:44 08.10.2026
Bakıda maşın vuran şəxslər nənə və nəvə imiş
ABŞ-də Maduro və həyat yoldaşına müxalifətçilərə işgəncə verilməsilə bağlı yeni ittihamlar irəli sürülüb
21:38 08.10.2026
ABŞ-də Maduro və həyat yoldaşına müxalifətçilərə işgəncə verilməsilə bağlı yeni ittihamlar irəli sürülüb
Göygöldə 48 yaşlı kişinin meyiti tapıldı
21:33 08.10.2026
Göygöldə 48 yaşlı kişinin meyiti tapıldı