Xarkovun bombalanması zamanı ATƏT əməkdaşı həlak oldu

Xarkovun bombalanması zamanı ATƏT əməkdaşı həlak oldu
DÜNYA
10:01 03.03.2022
223
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Ukraynadakı Xüsusi Monitorinq Missiyasının əməkdaşı Marina Fenina Xarkovun atəşə tutulması zamanı həlak olub.

Bu barədə Vyanadakı missiyanın katibliyi məlumat yayıb.

Missiyanın bəyanatında deyilir: "Marina müharibə zonasına çevrilmiş şəhərdə ailəsi üçün ərzaq məhsulları apararkən öldürüldü. Katiblik də dərhal atəşkəs və konstruktiv dialoq tələbi ilə Rusiyaya üz tutub”.

Bundan əvvəl ATƏT missiyanın bütün üzvlərini müvəqqəti olaraq Ukraynadan təxliyə etmək qərarına gəlmişdi. Təşkilatın baş katibi qeyd etmişdi ki, o, Ukraynada davam edən hərbi əməliyyatlar və təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar bu qərarı verib.
OXŞAR XƏBƏRLƏR