Xarkovun meri koronavirusdan öldü

Xarkovun meri koronavirusdan öldü
DÜNYA
11:56 17.12.2020
963
Ukraynanın Xarkov şəhərinin meri Gennadi Kernesin koronavirus yaratdığı fəsadlardan dünyasını dəyişib.

Bunu onun dostu Pavel Fuks teleqramda yazıb.

"Bu gecə mənim ən yaxın dostum Gennadi Kernesin ürəyi dayanıb”, - o bildirib.

P.Fuksin sözlərinə görə, koronavirus infeksiyası G.Kernesin orqanizminin həyati orqanlarının işində ciddi fəsadlar yaratmışdı.

Qeyd edək ki, sentyabrda G.Kernes ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Oktyabrda onun COVID-19 testi neqativ çıxıb. Ancaq onun sağlamlığı bərpa olunmayıb.
OXŞAR XƏBƏRLƏR