Uzun zamandır ekranlardan uzaq qalan müğənni Xatirə İslam MTV Azərbaycan kanalında "Tarixin bir günü” verilişində qonaq olub.
AZXEBER.COM xəbər verir ki, Xatirə son zamanlar imicində etdiyi dəyişikliklərdən danışıb:
"5 il qabaq bədənşəkilləndirmə əməliyyatı etmişdim, ondan sonra yenə kökəldim. Amma indi özüm arıqlamışam və heç nə yemirəm. Hazırda da üzümdə heç bir makiyaj yoxdur. Səhər efirinə nə makiyaj?”
Daha sonra müğənni şəxsi həyatı ilə bağlı sualları cavablandırıb:
"Mən də, yoldaşım da 2-ci övladımızın olmağını çox arzuladıq və bunun üçün çox çalışdıq. İstər maddi, istər mənəvi. Xaricə getdim müalicə aldım, əməliyyat oldum. Çox istərdim bir qızım olsun. Bunun üçün 7 dəfə süni mayalanma etdim, alınmadı.Allah mənə dedi ki, sənə Emili verirəm ancaq. Deməli belə məsləhət imiş. Ona görə də oğluma hər zaman deyirəm ki, mənə kömək ol. Çünki sən mənim həm qızımsan, həm oğlumsan həm də dostum. Daha ikinci övlad istəmirəm. Çünki bütün işlərim yarımçıq qalır, kökəlirəm, istədiyim kimi işimi görə bilmirəm”.
Aysel