“Siz lüt olanlara qiymət verən deyilsinizmi?”.
Müğənni Xatirə İslam geyiminə görə onu tənqid edənlərə sosial şəbəkə vasitəsilə cavab verib.
AZXEBER.COM xəbər verir ki, ifaçı onu qınayanları sərt ittiham edib:
“Bəzi adamcıqlar mənim profilimə yazır ki, bugünkü geyimindən utan, ərin hara baxır? Yəqin, onlara mənim ərim lazımdır. Bu geyimdə nəsə pis şey var? Siz lüt olanlara qiymət verən deyilsinizmi? Yazmadan öncə düşünün. Nə geyinmişəmsə, əcəb etmişəm, əlimin içindən gəlib. Sabah da Zaurun qonağıyam, bəlkə, lüt getdim, baxın”.