Xatun: “Afaq Bəşirqızı hörmətsizlik etməyib”

Xatun: “Afaq Bəşirqızı hörmətsizlik etməyib”
MAQAZİN
16:15 22.04.2020
2391
Müğənni Xatun Əliyeva xalq artisti Afaq Bəşirqızına dəstək olub. 

AZXEBER.COM xəbər verir ki, müğənni aktrisa ilə fotosunu paylaşaraq olanları belə şərh edib. 

"Bir sözün ucundan tutub, ucuzluğa getmək olmaz. Afaq xanım nə efirə, nə də tamaşaçısına hörmətsizlik etməyib.
Bunu xalqa, mədəniyyətə hörmətsizlik kimi qələmə verməməliyik. Gördüyü işləri say-say bitirmək olmaz. Az güldürüb üzümüzü? 
Gəlin xalq olaraq bu "baltalamaqları" bir az azaldaq, xüsusən də kimləri baltaladığımıza diqqət edək.

Onsuzda qazandığımızdan çox itirmişik, gəlin əlimizdə olanların qədrini bilək, onları qoruyaq. 

Afaq xanımın həm sənətkar kimi, həm də insan kimi o qədər xidmətləri var ki. Hamımızın borcudur ki, hər mövzuda onun yanında olaq. Sizi Sevirik Afaq Bəşirqızı". 

Qeyd edək ki, xalq artisti Afaq Bəşirqızı ARB TV-də yayımlanan "Elgizlə izlə" verilişinə yığaraq nalayiq ifadələr işlədib.
OXŞAR XƏBƏRLƏR