Əsasən yaddaşlarda həmkarlarını parodiya edən müğənni kimi qalan Xatun, yeni mahnısını təqdim edib.AZXEBER.COM-un məlumatına görə, sənətçinin sözləri Elçin Məhərrəmova, musiqisi isə Ruslan Səfəroğluna aid olan "Boşanmalıyıq" adlı mahnısı lirik janrdadır.Yaxın zamanlarda mahnıya klip çəkiləcəyini bildirən müğənninin produsseri Səbuhi Arif, Xatunun daha 2-3 mahnı üzərində çalışdığını bildirib.