10:25 Bazar Ertəsi, 10 Dekabr 2018
Maqazin

Xatundan ecazkar yeni il FOTOLARı: "Bu işi də gözəl bacarıram..."

15:21, 18.12.20176213
Xatundan ecazkar yeni il FOTOLARı:

Tanınmış müğənni Xatun Əliyeva AZXEBER.COM-un suallarını cavablandıraraq yeni fotosessiyasını təqdim edib. Həmin müsahibəni olduğu kimi təqdim edirik:

 

- Xatun Xanım,nəyi köhnə ildə qoyub,nələri yeni ilə aparacaqsınız?


-Əslində elə bir uğursuzluğum ya da problemim yoxdu ki, onu köhnə ildə qoymaq istəyim. Mənim tamaşaçım yaxşı bilir ki, mən işimə can qoyan xanımam. Getdiyim hər tədbirdə, hər məclisdə onların mənə qarşı istəyi, səmimi baxışları, isti münasibəti və alqışı mənim əziyyətimin ən böyük mükafatıdır. Köhnə ildə nəyi qoyacağım elə də önəmli deyil ,əsas mən yeni ilə nələri aparacağımı bilirəm ,bu da sevənlərimə sürpriz olsun.


- Uzun müddətdir sizi efirlərdə parodiya edən görmürük. Söz-söhbətlərdən yorulmusunuz yoxsa yeni parodiyalar hazırlayırsınız?


- Məni söz-söhbətlər heç vaxt yormur. Nə qədər uğurlu işlər görsən də arxanca danışan mütləq tapılır. Məni belə müzakirələr ruhdan salmır. Çünki, mən bu zamana kimi yalnız bacardığım işləri görmüşəm. Parodiyanı da uğurlu etdiyimə inanıram. Tamaşaçımın üzündəki gülüş süni deyilsə demək ki, bu işi də gözəl bacarıram. Sadəcə bir müddət parodiya etməməyə qərar vermişəm. Və mümkünsə dəvət olunduğum tədbirlərdə, verilişlərdə aparıcılar məndən parodiya etməyimi istəməsinlər.


-Yeni ildə sizdən yeniliklər gözləyək mi?


- Bəlkə bir az səbrsiz davrana bilərəm. Çünki yeni il gəlməmiş belə sürpriz çıxışlara hazırlaşıram. Məncə, yeni mahnılarım hər kəsin marağına səbəb olacaq, hər çıxışım tamaşaçıda ayrı bir maraq oyadacaq. 2018 iş rejimim isə demək olar ki, indidən qurulub. Hələ ki, tam açıqlamaq istəmirəm amma yeni mahnılarla yanaşı ciddi layihə planlayırıq komanda olaraq. Bölgələrdən mənə olduqca çox istək gəlir, yaya turne planlarımız var. Və ən əsası il sonunda Allah'ın izni ilə nəzərimizdə möhtəşəm solo konsert proqramı var.


- Güclü qadınsınız yoxsa şanslı qadın?


- Həm güclü, həm şanslı... Ən azından məni tanıyan bilir ki, mənim heç bir uğurum əziyyətsiz alınmayıb. Mənim populyarlığım mənim şansımdır. Amma o şansı Allah mənə çəkdiyim əziyyətin qarşılığında verib. Allahımdan həmişə razıyam, hər zaman şükür etmişəm mənə bu sevgini bəxş etdiyi üçün. Bundan sonra da tamaşaçımın qarşısına gözəl işlərlə çıxacağam.

 

- Suallarımızı ancaq sənətlə əlaqəli cavablandırırsınız. Şəxsi heyatınızla bağlı danışmağı sevmirsiniz?


- Mənim şəxsi həyatım sadəcə özümü və ailəmi maraqlandırmalıdı. Mən şəxsi həyatı ilə gündəmə gələn sənətçilərdən deyiləm.


- Xatun Əliyevanın sənətdə qalxmaq istədiyi ən uca zirvə hansıdır? 


- Mənim üçün sənətdə ən gözəl zirvə xalqın sevgisi və alqışıdır. Düşünürəm ki,mən o zirvəyə artıq çatmışam. Allah məni sevənlərimin, tamaşaçılarımın gözündən salmasın. Onların sevgisinə həmişə layiq olmağa çalışacam. Son zamanlarda onların istəyini daha çox hiss edirəm və işləmək üçün onlardan müsbət enerji alıram. Qalan bütün pillələ,zirvələr gördüyümüz işlərə, göstərdiyimiz performanslara görə aldığımız mükafatlardır. Xalqın sevgisini yaşamaq qədər gözəl hiss yoxdur.

 











XƏBƏR LENTİ