İspaniyalı baş məşqçi Xavi Ernandes Almaniyanın "Bayer 04" klubunun təklifini rədd edib.
45 yaşlı mütəxəssis Bundesliqa təmsilçisinin təklifini geri çevirib.
Komandadakı vəziyyətin qeyri-sabit olması Xavinin qərarına təsir edib.
Qeyd edək ki, "Bayer 04" Bundesliqada iki turdan sonra baş məşqçisi Erik ten Haqla yollarını ayırıb. Xavi 2021-2024-cü illər aralığında Kataloniya təmsilçisində işləyib və bir dəfə İspaniya La Liqasının qalibi olub.