Xavinin “Barselona”dakı gələcəyi məlum olub

Xavinin “Barselona”dakı gələcəyi məlum olub
İDMAN
19:52 26.01.2024
203
"Barselona” rəhbərliyi Xavi Ernandesin komandanın baş məşqçisi kimi gələcəyi ilə bağlı qərar verib.

Məlumata görə, klub yaxın vaxtlarda mütəxəssisi işdən çıxarmayacaq. O, ən azı 2023/2024 mövsümünün sonuna qədər komanda ilə çalışacaq.

Qeyd edək ki, Xavi 2021-ci ilin noyabrından "Barselona”ya rəhbərlik edir. Ötən mövsüm o, kluba İspaniya çempionatında və ölkə Superkubokunda qələbə qazandırıb.
OXŞAR XƏBƏRLƏR