AZXEBER.COM Xezerxeber.az-a istinadən məlumatına görə, o iddia edir ki, 2018-ci ildə aldadılaraq birlikdə işləmək vədi ilə adına VÖEN və üç şirkət açılıb.
Zahidlə bərabər onun iki qardaşı da bu işə cəlb edilib.
Hazırda vətəndaş iddia edir ki, onu aldadan şəxs dünyasını dəyişib. Zahidin adına isə 3 şirkət və yarım milyondan çox borc yaranıb. O, neçə ildir aidiyyəti üzrə müraciətlər etsə də problemi həllini tapmayıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bir daha vətəndaşları ayıq olmağa, etibarnamələrin məzmunu ilə daha detallı tanış olmağa və şəxsi məlumatların 3-cü şəxslərə etibar edilməsində maksimum ehtiyatla davranmağa çağırır.











































