“Xədicə İsmayıl üçün vətən və xalq anlayışı çoxdan yoxdur” - Araz Əlizadə

“Xədicə İsmayıl üçün vətən və xalq anlayışı çoxdan yoxdur” - Araz Əlizadə
SİYASƏT
13:17 29.09.2014
1544
Jurnalist Xədicə İsmayılın “Varşava rəzaləti”nə yönəlik ictimai qınaq səngimir.
Xəbər verdiyimiz kimi sentyabrın 23-də Polşanın paytaxtı Varşavada təşkil olunan ATƏT-in zirvə toplantısına qatılan jurnalist Xədicə İsmayıl tədbirdəki ermənilərlə həmrəylik sərgiləyərək Azərbaycan nümayəndəsinin çıxışına mane olmağa çalışıb.
Toplantıda iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Cənubi Qafqaz ölkələrində sərbəst toplaşmaq azadlığı barədə çıxışa başlayanda X.İsmayıl 10-a yaxın erməni dostu ilə eyni vxtda məruzəçinin arxasında və arxalarını ona çevirərək düzülməklə, diqqəti mövzudan yayındırmağa cəhd ediblər.
Bununla belə, X.İsmayıl və onun erməni həmfikirlərinin “arxaçevirmə” aksiyasına baxmayaraq, Ə.Şahidov çıxışını təmkinlə davam etdirib və Ermənistan hakimiyyətini qeyri-insani mahiyyətini açıb göstərib.
X.İsmayılın ermənilərlə birgə belə bir hərəkətə yol verməsini Gün.Az-a şərh edən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə adıçəkilən jurnalist üçün vətən və xalq anlayışının çoxdan yox olduğunu, buna görə də onun Azərbaycan əleyhinə istənilən davranışının təəccüb doğurmadığını bildirib:
“Əslində, bu hərəkət birinci növbədə həmin adamın səviyyəsini göstərir. Normal və tərbiyəli insan heç kimə arxasını çevirmir.
Başqa bir tərəfdən, Xədicə bu hərəkəti ilə Azərbaycandan olan məruzəçiyə yox, elə ölkəmizin özünə düşmən münasibətinin göstəricisidir.
Şəxsən mən buna təəccüblənmirəm – vətəni, xalqı pula satan adamlardan bundan başqa nə gözləmək olar ki?
Dəhəşətlisi budur ki, keçən il Milli Şura deyilən qurumun prezidentliyə namizədi olmuş Cəmil Həsənli Xədicə kimi adama istinad edib fikir bildirir.
İndi özünüz qiymət verin bunların kimliyinə... Yenə deyirəm, xaricdən aldıqları əmrləri icra edən bu adamlardan hər şey gözləmək olar”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhməd Əl Şaraanın Azərbaycana səfəri başa çatdı - FOTO
18:21 12.07.2025
Əhməd Əl Şaraanın Azərbaycana səfəri başa çatdı - FOTO
Goranboyda "Prius" aşdı
18:08 12.07.2025
Goranboyda "Prius" aşdı
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
17:52 12.07.2025
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
17:39 12.07.2025
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
17:26 12.07.2025
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
Azərbaycanda sabiq nazir vəfat etdi
17:05 12.07.2025
Azərbaycanda sabiq nazir vəfat etdi
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
16:59 12.07.2025
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
16:29 12.07.2025
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
16:17 12.07.2025
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
15:52 12.07.2025
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
15:41 12.07.2025
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
15:36 12.07.2025
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
Aktauda yeni "Seebreze" açılacaq?
15:11 12.07.2025
Aktauda yeni "Seebreze" açılacaq?
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO