Xələf Xələfov: "Qazaxın 7 kəndi və Kərkinin qaytarılması müzakirə olunub həllini tapacaq"

Xələf Xələfov: "Qazaxın 7 kəndi və Kərkinin qaytarılması müzakirə olunub həllini tapacaq"
SİYASƏT
10:57 10.05.2022
393
"Qazaxın 7 kəndi, Kərki və digər məsələlər delimitasiya kontekstində həllini tapmalıdır".

AZXEBER.COM xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Xələf Xələfov deyib.

"Bu ərazilər Azərbaycan ərazisidir. Bu torpaqların Azərbaycanın nəzarəti altına keçməsi delimitasiya prosesini tələb etdiyinə görə bu çərçivədə baxılacaq. Bu məsələlər müzakirə olunub öz həllini tapacaq", - X.Xələfov əlavə edib.
OXŞAR XƏBƏRLƏR