“Xəmsə” birlik yarışında Kapital Bank iki layihə ilə qalib olub

“Xəmsə” birlik yarışında Kapital Bank iki layihə ilə qalib olub
SOSİAL
17:22 31.10.2025
131
Hər il ənənəvi olaraq PAŞA Qrup şirkətlərinin əməkdaşlarının sinerjisini gücləndirmək və korporativ dəyərlərə sadiqliyini təşviq etmək məqsədilə keçirilən "Xəmsə” birlik yarışının qala gecəsi baş tutdu. PAŞA Holdinq və Kapital Bank-ın təşkilatçılığı ilə keçirilən bu müsabiqə PAŞA Holdinq və onun strateji aktivlərində icra olunan layihələrin beş əsas korporativ dəyərə – "Dürüstlük”, "Sahibkarlıq ruhu”, "Keyfiyyət”, "Əməkdaşlıq” və "Gəlirliliyə” uyğunluğunu və onlara verdiyi töhfəni müəyyən edən ən böyük korporativ yarışmadır.

30 Oktyabr 2025-ci il tarixində keçirilən qala gecəsinin açılış nitqi PAŞA Holdinq-in Baş İcraçı direktoru Cəlal Qasımov tərəfindən edildi.

Builki yarışmada Kapital Bank iki layihə ilə qalibiyyət əldə etdi. Belə ki, işəgötürən brendi olaraq böyük nüfuza sahib olan şirkət həm "Əməkdaşlıq” dəyəri üzrə əməkdaşların daxili kommunikasiyası üçün bütün imkanlara sahib olan "360 İntranet Portal” layihəsi, həm də "Keyfiyyət” dəyəri üzrə "Müştəri Şikayətlərinin İdarə olunmasında İnnovativ Transformasiya” layihəsi ilə mükafat qazandı. Qrupdaxili səsvermənin yekun nəticələrinə əsasən builki "Xəmsə” bilik yarışının qalibləri arasında PAŞA Bank iki, PAŞA Sığorta iki, PAŞA Həyat Sığorta isə bir layihə ilə yer aldılar.

Tədbirin ən yaddaqalan məqamlarından biri isə Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynovun "Gəlirlilik” dəyəri üzrə qalibləri elan edərkən səsləndirdiyi fikir oldu: "Gəlirlilik hər bir CEO-nun ən sevimli sözüdür. Amma bütün dəyərlərimiz – "Dürüstlük”, "Sahibkarlıq ruhu”, "Keyfiyyət”, "Əməkdaşlıq” və "Gəlirlilik” – bir arada olanda hər şey tamamlanır. Elə bu gün burada bir arada olmaq, enerjimizi paylaşmaq və uğurlarımızı qeyd etmək də bunun ən gözəl nümunəsidir”.

Qeyd edək ki, ötən il həyata keçirilən layihələrlə "Xəmsə” birlik yarışına müraciət edən komandaları PAŞA Holdinq və strategi aktivlərin rəhbər şəxslərinin də iştirak etdiyi münsiflər heyəti qarşısında təqdim ediblər. Bütün bu təqdimatlardan sonra qrup daxilində keçirilən açıq səsvermə nəticəsində ən çox səs toplayan layihələr qalib elan edilib.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
18:10 27.10.2026
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
17:55 27.10.2026
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
17:51 27.10.2026
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
17:51 27.10.2026
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
17:48 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
17:44 27.10.2026
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
17:41 27.10.2026
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
17:40 27.10.2026
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
17:39 27.10.2026
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
17:34 27.10.2026
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
17:25 27.10.2026
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
17:22 27.10.2026
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
17:13 27.10.2026
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
17:08 27.10.2026
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
17:04 27.10.2026
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
16:52 27.10.2026
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri