Xəqani Məmmədovun növbəti yalanı üzə çıxdı: UEFA təkzib etdi

Xəqani Məmmədovun növbəti yalanı üzə çıxdı: UEFA təkzib etdi
İDMAN
16:07 09.12.2016
1382
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun növbəti yalanı bu dəfə çox qısa, cəmi 4 gün çəkib. Apasport.az saytının məlumatına görə, dekabrın 5-də "Xəzər TV”də yayımlanan "Futbol saatı” verilişinin qonağı olan Məmmədov FİFA dərəcəli referimiz Əliyar Ağayevin UEFA-nın I kateqoriyasına yüksəldiyini müjdələmişdi.
 
Lakin o, bu "eksklüziv”lə sən demə, "Qarabağ” – "Qəbələ” matçındakı kobud hakim səhvlərini unutdurmaq, gündəmi dəyişmək məqsədi güdürmüş. Çünki UEFA-nın 2017-ci il üçün açıqladığı hakimlərin siyahısında Əliyar Ağayev II kateqoriyada göstərilib. Maraqlıdı ki, Xaqani Məmmədov mətbuata açıqlamasında heç kimi aldatmadığını bildirib. Görünür, 4 gün öncə verilişdə dediklərini çox tez unudub, ya da həmişəki kimi, özünü sudan quru çıxarmaq üçün bu dəfə də mövsümün sonunu işarə edib. Unudanlar üçün isə Məmmədovun həftənin ilk günündə "Futbol saatı” verilişində Əliyar Ağayevlə bağlı verdiyi məlumatı bir daha xatırladırıq: "Sizin veriliş vasitəsilə eksklüziv bir xəbəri verim. Əliyar Ağayev artıq UEFA-nın birinci kateqoriyasındadı. Yaxın günlərdə biz o siyahını alacağıq. Biz bu barədə UEFA-dakı dostlarımızla əlaqə saxlayırıq. Mən hesab edirəm ki, Tofiq Bəhramov, Eldar Əzimzadədən sonra ən böyük uğurumuzdu. Düzdü, mən də, Tahir də, Asim də dünya və Avropa çempionatının seçmə oyunlarını idarə eləmişik.
 
Amma etiraf etməliyik ki, Əliyarın bugünkü uğuru hamımızın uğurudu. U-19-ların Avropa çempionatının final mərhələsində, Avroliqanın qrup mərhələsində 3 oyunda, dünya çempionatının seçmə mərhələsində idarəçilik edib. Artıq gələn il Əliyar UEFA-nın istənilən maştabda, istənilən ranklı oyunlarını idarə etmək hüququna malik olacaq. Fevral ayında İspaniyanın Malaqa şəhərində elit və I kateqoriyalı hakimlər üçün toplantı olacaq. Əliyar da dəqiq orda iştirak edəcək”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
10:34 24.05.2025
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
10:26 24.05.2025
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
10:10 24.05.2025
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
09:53 24.05.2025
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
23:48 23.05.2025
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
23:31 23.05.2025
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
23:17 23.05.2025
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
23:08 23.05.2025
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR
22:58 23.05.2025
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR
Almaniyada qatar stansiyasında bıçaqlı hücum - Xeyli sayda yaralı var
22:45 23.05.2025
Almaniyada qatar stansiyasında bıçaqlı hücum - Xeyli sayda yaralı var
ABŞ məhkəməsi Trampın Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmə qadağasını bloklayıb
22:38 23.05.2025
ABŞ məhkəməsi Trampın Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmə qadağasını bloklayıb
"Onun yerinə keçmək kimi bir fikrim yoxdur"-  Aygün Bəylərin bacısı
22:33 23.05.2025
"Onun yerinə keçmək kimi bir fikrim yoxdur"- Aygün Bəylərin bacısı
Qarşılıqlı hava məkanının bağlanmasını uzatdılar
22:31 23.05.2025
Qarşılıqlı hava məkanının bağlanmasını uzatdılar
Millimiz dünya çempionatında ilk qələbəsini qazandı
22:26 23.05.2025
Millimiz dünya çempionatında ilk qələbəsini qazandı
Tiktoker qardaşlardan biri ev dustaqlığına buraxıldı
22:10 23.05.2025
Tiktoker qardaşlardan biri ev dustaqlığına buraxıldı
Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi
22:00 23.05.2025
Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi