Xərçəng hüceyrələrinin inkişafı 11 gündə 96% yavaşıdı - SARIKÖKLƏ MÖCÜZƏ

Xərçəng hüceyrələrinin inkişafı 11 gündə 96% yavaşıdı - SARIKÖKLƏ MÖCÜZƏ
SAĞLAMLIQ
23:30 22.06.2019
8590
Bir qrup alim xərçəng əleyhinə təbii komponenti bilavasitə sümük xərçəngi hüceyrələrinə yeritmək üçün xüsusi qişa hazırlayıb.

Bu texnologiya dərmanın xərçəng hüceyrələrini cəmi bir neçə gün ərzində məhv etməsinə imkan verib. Sarıkökün tərkibindəki kurkumin maddəsi xərçəng şişləri əleyhinə xüsusiyyətləri ilə məşhurdur. Amma alimlər kurkuminin bu xüsusiyyətini uzun illər irimiqyaslı tədqiqatlara tətbiq edə bilməyiblər, çünki maddə peroral qəbul olunarkən orqanizm tərəfindən xərçənglə mübarizə apara biləcək qədər mənimsənilmir. Amerika alimləri kurkuminin xərçəng hüceyrələrinə yeridilməsinin üsulunu tapıblar.
 
Bu üsul osteosarkoma hüceyrələrinin nümunəsində 100 faiz səmərəli olduğunu sübuta yetirib. Vaşinqton Universitetinin bir qrup alimi dərman üçün xüsusi kapsul və karkas işləyib hazırlayıb. Kapsulun və ya karkasın içində olan kurkumin orqanizmdə hərəkət edərkən öz xüsusiyyətlərini itirmir və yalnız şişlə təmas zamanı qişasından azad olur.

Karkas müəyyən qədər məsaməli kalsium fosfatdan 3D-printerdə çap edilib, kapsul isə piy molekullarından yaradılıb.

Belə texnologiya konkret pasiyent üçün implantlar hazırlamağa, karkasın insan toxumasına inteqrasiyasını təmin etməyə imkan verir.
 
Sonra alimlər bu texnologiyanı osteosarkoma hüceyrələrində sınaqdan keçiriblər.

Müalicə xərçəng hüceyrələrinin inkişafını 11 gün ərzində 96 faiz yavaşıdıb, habelə sağlam sümük toxuması hüceyrələrinin inkişafına kömək edib. Kurkumin antioksidant və iltihab əleyhinə xüsusiyyətləri ilə bərabər, əmələgətirici osteogen xüsusiyyətlərə də malikdir.

Testin sınaqları sümük xərçəngin terapiyasına, şiş kəsilib götürüləndən sonra sümük qüsurlarının bərpasına yeni imkanlar açır.

ABŞ-dan olan digər tədqiqatçılar qrupu isə kurkuminin qan dövranında hərəkət etməsi üçün onu suda həll etməyin üsulunu tapıb. Bu texnologiya da klinikadan əvvəlki tədqiqatlarda səmərəli olub.
 
 
///Medicina.az 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
13:33 12.09.2025
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"