Türkiyəli müğənni Haluk Levent xərçənglə mübarizə aparan böyük bacısı Hicran Leventi Adana konsertində qonaq edib.
AZXEBER.COM xəbər verir ki, məşhur müğənni bacısına dəstək olmaq üçün saçlarını qazıtdırıb.
"Bacımın beynindəki şişdən sonra saçları töküldü. İndi hər ikimizin saçları qısadır" deyərək bacısına dəstəyini nümayiş etdirib.
Səhnədə bacısı ilə rəqs edən Haluk Levent həmin anların görüntülərini sosial media hesabında yayımlayıb.
Aysel