Xərçəng riskini azaldırmış... - Bu meyvə haqqında bilmədiklərimiz

Xərçəng riskini azaldırmış... - Bu meyvə haqqında bilmədiklərimiz
SOSİAL
22:54 13.06.2026
275
Antioksidantlar və C vitamini ilə zəngin olan alça immuniteti gücləndirir, iltihab əleyhinə təsir göstərir.

Bu qidalı meyvə aşağıdakı xəstəliklərdən qoruyur: 

Ürək-damar xəstəlikləri: Xolesterolu tənzimləyir, damar tıxanıqlığının və ürək xəstəliklərinin qarşısını alır.

Tərkibindəki fitokimyəvi maddələr sayəsində hüceyrələri zədələnmədən qoruyur, xüsusilə ağciyər xərçəngi riskini azaldır.

Həzm sistemi xəstəlikləri: Zəngin lif qaynağı olaraq qəbizliyin və bağırsaq problemlərinin qarşısını alır.

Anemiya (qanazlığı): Dəmirin sovrulmasını sürətləndirərək qan azlığı ilə mübarizə aparır.

 Dərini gəncləşdirir, sızanaq və ləkələrdən qoruyur

Kalium və maqneziumla zəngin olan alça ürək əzələsini möhkəmləndirir, aritmiyaların qarşısını almağa kömək edir, arterial təzyiqi aşağı salır.

Alça sakitləşdirici təsirə malikdir, sinir sisteminə müsbət təsir edir.

Qidalı liflər və pektinlərlə zəngin olan alça mədə-bağırsaq sisteminin sağlamlığına müsbət təsir edir, metabolik prosesləri sürətləndirir, xərçəng və şəkərli diabetin inkişafı riskini azaldır, orqanizmi ziyanlı maddələrdən təmizləyir.

Alça tumlarının ləpələri də çox faydalıdır. Onların tərkibinə qlikozid amiqdalin daxildir.Amiqdalin güclü xərçəngəleyhinə və antioksidant xüsusiyyətlərə malikdir, lakin çoxlu miqdarda istehlak etdikdə zəhərlənməyə səbəb ola bilər.

Qırmızı alça növləri daha faydalı sayılır.

/Demokrat.az
OXŞAR XƏBƏRLƏR