Xərçəng xəstəsi gəlinin toyu: - "Çox bəxtəvərəm" – FOTOLAR

DÜNYA
12:31 25.11.2013
2261
"Həyatımın ən böyük arzusu çin oldu. İnanmaq çətindi, çox çətindi. Amma oldu. Tanrıma şükürlər edirəm ki, belə günü yaşaya bildim".
ABŞ-ın Kaliforniya ştatındakı Murrieta şəhərinin sakini, 18 yaşlı Lesli Rivera sevgilisi ilə ailə qurub.
Onun nikahı və toyu olub. Lesli gəlinlik paltarını geyinəndə həyatının ən həyəcanlı dəqiqələrini yaşadığını deyir.
Halbuki ona həyəcanlanmaq əsla olmaz. Həkimlər belə deyirlər.
Çünki Lesli ağır formada leykemiya xəstəsidir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, sağalmaz xəstəliklərə düçar insanların üz tutaraq ən böyük arzularını bildirdikləri "Make-A-Wish Foundation" Leslinin də arzusunu çin edib.
Həkimləri son müayinənin nəticələrinə əsaslanaraq deyirlər ki, Leslinin bundan sonra ən uzağı bir ay yaşaması mümkündür.
Qız isə sevinir, çünki məktəb illərindən sevdiyi insanla ailə qurub.
Lesli Riveranın həyatının son ayları çox ağır keçdi. Leykemiyanın yaratdığı ağrılar şiddətlənmişdi və onun orqanizminin məruz qaldığı acılar çox aqressiv hal almışdı.
Lesli apreldə leykemiya xəstəsi olduğunu öyrənəndən bəri onun sevgilisi Daniel Mendesqızı tərk etməmişdi. Əksinə, Daniel sevgilisinin qulluğunda durur, az qala bütün gününü qızla keçirirdi.
Rivera "Make-A - Wish Foundation" müraciət edəndə yeganə arzusunun sevgilisinə ərə getmək olduğunu demişdi.
Terminal leykoz olan Rivera son aylar xəstəxanada idi.
"Leslini sevindirmək bizim üçün də xoşdu. Əlimizdən gələni etdik ki, onun arzusunu reallaşdıraq. Leslini sevincək görmək bizi də kövrəltdi", - "Make-A - Wish Foundation"un mənsubuSara Pizzaruso deyib.
2012-ci ilin oktyabrında Lesli və Deniel həyatlarının bundan sonra ayrı keçməyəcəyini anlamışdılar.
Aprel ayında orta məktəbi başa vurandan bəri Lesli xəstəxanada, terminal leykozun müalicəsində, Deniel də onun yanında idi.
İndi onlar bəxtəvərdirlər.
Leslinin həyatının başa çatmasına çox qalmasa da...(milli.az)

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi

14:34 13.02.2025

İsrailin hədəfi yenə İran oldu - ABŞ mediası mühüm faktları açıqladı

14:23 13.02.2025

Burak Özcivit ilə şəkil çəkdirməyə görə 1 milyon ödəyib? - AÇIQLAMA

14:18 13.02.2025

Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olub

14:04 13.02.2025

Koreyalı alimlər xərçəng hüceyrələrini normallaşdıran üsul tapdılar

14:01 13.02.2025

“Sputnik Azərbaycan” və "BBC Azerbaycanca" ilə bağlı qərar verildi

13:54 13.02.2025

Bəşər Əsəd Suriyadan necə qaçırılıb? - TƏFƏRRÜATLAR

13:43 13.02.2025

Əsgərlikdən yeni gələn gənc faciəvi şəkildə öldü - FOTO

13:42 13.02.2025

"Qanun nəyi tələb edəcəksə, o da olacaq" - Zaurdan məhkəmə xəbərinə reaksiya