Xərçəng xəstəsi olan gəncin son istəyi ürəkləri dağladı

MARAQLI
22:59 30.11.2019
7119
Hollandiyada yaşayan və son istəyi İsveçrə dağlarını görmək olan 19 yaşlı gəncin dağları seyr edərkən çəkilən fotosu sosial media izləyicilərini göz yaşlarına boğub.

Hollandiyada fəaliyyət göstərən və xəstə insanların son istəklərini gerçəkləşdirməyə çalışan "Dilə təcili yardım” fondu xərçəng xəstəliyinin son mərhələsində olan gəncin son istəyini reallaşdırmaq üçün onu İsveçrə dağlarına aparıb. 

Paylaşılan fotoda dağları seyr edən gəncin arxasında onun istəyini gerçəkləşdirən fondun təcili tibbi yardım maşını görünür. Fotonu izləyən sosial media izləyiciləri çox duyğulandıqlarını və sözügedən fondu alqışladıqlarını bildiriblər
 
///Moderator.az 
OXŞAR XƏBƏRLƏR