Xərçəngdən əziyyət çəkən Sevda Əliqızı əməliyyat olundu

Xərçəngdən əziyyət çəkən Sevda Əliqızı əməliyyat olundu
MAQAZİN
15:38 29.11.2023
225

Xərçəngdən əziyyət çəkən Sevda Əliqızının xəstəxanadan görüntüsü yayılıb.

AZXEBER.COM xəbər verir ki, Hacı Nuran Hüseynli xəstəxanada müalicə alan müğənnini ziyarət edib.

İctimai xadim, Sevda xanımın artıq əməliyyat olunduğunu bildirib:

"Heç kim xəstəlikdən sığortalanmayıb. Xüsusən də bütün günü əsəb, stress içində yaşayan insanlar daha çox səhhətləri ilə bağlı problemlər yaşayırlar. Əsrin bəlası olan xərçəng də hər addımda insanları yaxalayır, onlara həyatı dar edir. Mən xərçənglə mübarizənin nə demək olduğunu gözəl bilirəm. Çünki artıq neçə illərdir ki, ona üsyan edirəm. Bu gün belə bir iradəyə sevilən müğənni Sevda Əliqızının da ehtiyacı var. Çünki o, artıq neçə vaxtdır ki, süd vəzi xərçəngindən əziyyətçəkir. Sevda xanımın qorxduğu əməliyyat peşəkar həkim tərəfindən uğurla həyata keçirilib”.


 

Aysel

OXŞAR XƏBƏRLƏR