Xərçəngdən əziyyət çəkən yazıçı vəfat etdi

Xərçəngdən əziyyət çəkən yazıçı vəfat etdi
MAQAZİN
19:11 11.12.2025
149
Britaniyalı yazıçı Sofi Kinsella vəfat edib.

AZXEBER.COM xəbər verir ki, yazar 55 yaşında ailəsinin əhatəsində dünyasını dəyişib.

Qeyd edək ki, Sofi ən çox 2000-ci ildə nəşr olunmuş "Alış-veriş həvəskarının gizli xəyal dünyası” romanı ilə tanınıb. Bu əsər 2009-cu ildə eyni adlı filmə də çevrilib. 

Yazar 2022-ci ildə hüceyrə glioblastoma adlanan "aqressiv” beyin xərçəngi növünə tutulduğunu açıqlayıb və uzun müddət bu xəstəliklə mübarizə aparıb. 

Sofi 30-dan çox kitabın müəllifidir. Əsərləri dünya üzrə milyonlarla nüsxə satıb və çoxsaylı dillərə tərcümə olunub.
 
/Axşam.az
OXŞAR XƏBƏRLƏR