46 yaşlı motosiklet sürücüsü Gökhan Ünlü son müayinələrdən keçmək üçün Monteneqroya gedərkən yol qəzasında dünyasını dəyişib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Ankara istiqamətində hərəkətdə olan Gökhan Ünlünün idarə etdiyi motosiklet arxadan gələn yük maşınına çırpılması nəticəsində idarəetməni itirərək qəzaya uğrayıb.
Hadisə nəticəsində sürücü həyatını itirib.
Qeyd edək ki, Gökhan Ünlünün xərçəngə qalib gəldiyi və son analizlərini etmək üçün Monteneqroya getdiyi öyrənilib.
Qəza ilə bağlı araşdırmalar davam edir.
Gülay