Xərçəngə yoluxan idmançı göz yaşlarına hakim ola bilmədi

Xərçəngə yoluxan idmançı göz yaşlarına hakim ola bilmədi
DÜNYA
13:23 01.02.2023
452
"Xəstəliyimin "Survivor"la heç bir əlaqəsi yoxdur”
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, daha əvvəl 3 dəfə Survivorda iştirak etmiş Nagihan Karadere bu gün Beyaz TV-də yayımlanan "Deməsəm" verilişin qonağı olub. Xərçəng xəstəliyindən bəhs edən Karadere canlı yayımda duyğulu anlar yaşayıb. Döş və uşaqlıq xərçəngi ilə mübarizə aparan Nagehan səhhəti ilə bağlı açıqlama verib. O, xəstəliyi haqda bunları deyib: "Survivordan qayıdanda immun sistemim çökdü. 15 gün yataqdan qalxa bilmədim, hönkürüb ağladım."
 
Xəstəliyin başlanğıc mərhələsində olduğunu deyən idmançı xəstəliyinin "Survivor"la heç bir əlaqəsinin olmadığını bildirib: "Hələ xəstəliyin ilkin mərhələsindəyəm. Xaricdən gətirilən dərmanlardan istifadə edirəm. İdmançı olduğum üçün bədənimdəki ən kiçik problemin nə olduğunu görüb başa düşürəm. Özümdəki problemləri anlayanda dərhal həkimə müraciət etdim. Survivorda steril olmayan mühitdən gəlmişəm. Xəstəliyimin deyildiyi kimi Survivorla heç bir əlaqəsi yoxdur”.
 
Günel


OXŞAR XƏBƏRLƏR